Icma.az
close
up
RU
Realın ulduz futbolçuları Ançelottinin istefasını tələb etdilər

Realın ulduz futbolçuları Ançelottinin istefasını tələb etdilər

"Real" "Santyaqo Bernabeu" stadionunda keçirdiyi son iki matçda məğlub olub.

"Unikal" xəbər verir ki, komanda “Barselona”ya (0:4), “Milan”a (1:3) hesabı ilə uduzub.

"El Gol Digital"ın yaydığı məlumata görə, komandanın zəif nəticələri fonunda baş məşqçi Karlo Ançelotti futbolçular üzərində nəzarəti itirib.

“Real”ın bir sıra ulduz futbolçuları baş məşqçinin istefasının lehinə danışıblar. Bunlar Federiko Valverde, Kilian Mbappe, Ferland Mendi, Aurelien Tçouameni və Eduardo Kamavinqa. Ançelottini demək olar ki, yalnız Vinisius Junior dəstəkləyir . 

Xatırladaq ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin Ançelottini əvəzləmək üçün "Bayer"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.


seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri