Icma.az
close
up
RU
Rebrov: “Azərbaycan milisi İslandiya ilə oyundakı kimi deyildi”

Rebrov: “Azərbaycan milisi İslandiya ilə oyundakı kimi deyildi”

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Azərbaycanla oyunda qeydə alınan heç-heçə (1:1) barədə danışıb.

QOL.az xəbər verir ki, o, Bakıda keçirlən DÇ-2026-nın D qrupunun 2-ci turundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunu necə qiymətləndirirsiniz? Ukrayna millisində nə alınmadı?

- Sadəcə. qələbə qazanmaq alınmadı və kifayət qədər qol imkanları yarada bilmədik. Cərimə meydançasına uzun ötürmələri yalnız son 15 dəqiqədə etməyə başladıq. Bunu daha tez gerçəkləşdirmək lazım idi. Başa düşürəm ki, rəqibin beş müdafiəçinə qarşı oynamaq çətin idi.

- Azərbaycan millisi oyunu ilə sizi nə ilə təəccübləndirdi? Yəqin onlardan belə bir oyunu çox da gözləmirdiniz. Niyə bu gün qələbə qazanmaq mümkün olmadı?

- Birincisi, meydança epizodlar yaratmaq üçün çox ağır idi. İkincisi, rəqib tamamilə başqa cür oynad. Bu, İslandiyaya qarşı oyun kimi deyildi. Onlar çox sıx oynadılar və heç bir zona vermədilər. Biz daha çox cərimə meydançasına top göndərməli və daha çox imkan yaratmalı idik. Amma təəssüf ki, bacarmadıq.

- Qapımıza penalti təyin olunmadı, amma sonra Zinçenkonun əlinə toxunmaya görə penalti verildi. Bu, oyuna təsir etdi? (ukraynalı jurnalistin sualı - red.)

- Bəli, bizə penalti verildikdə oyunumuz pozuldu. Amma əgər 3-cü dəqiqədə rəqib qapısına penalti verilmirsə, düşünmürəm ki, bu, oyunumuzu dəyişərdi. Hakimin qərarıdır, VAR-da yoxladılar, mən bunu şərh edə bilmərəm.

– Bu gün iki hücumçu ilə oynamaq variantını nəzərdən keçirmişdinizmi və niyə bundan imtina etdiniz?

– İslandiya da Azərbaycanı 5:0 hesabı ilə bir hücumçu ilə məğlub etmişdi. Dünən İspaniya da Türkiyəni 6:0 hesabı ilə bir hücumçu ilə uddu. Məncə, burada önəmli olan hücumçuların sayı deyil, oyunçuların funksiyalarıdır. Mən deməzdim ki, biz bir hücumçu ilə oynadı. Çünki hücum xəttində üç futbolçumuz var idi.

– Razısınızmı ki, belə bir oyunda Ukrayna millisinin Andrey Yarmolenkoya ehtiyacı oldu?

– Yarmolenkonun mövqeyində iki futbolçu zədələndi. Təəssüf ki, biz bunu nəzərə almamışdıq. Əgər belə bir vəziyyət olacağını bilsəydim, Yarmolenkonu dəvət edərdim.

- Hesab 1:0 olanda və bizə qol lazım olanda, son üç həftədə cəmi 15 dəqiqə oynamış Vanat meydanı tərk etdi. Niyə?

- Çünki bizə qol lazım idi, amma həkim dedi ki, o, müəyyən narahatlıq hiss edir, buna baxmayaraq oynamağa razılıq verib. Bizə isə oyunda intensivlik lazım idi. Əgər oyunçu narahatlıq hiss edirsə, onun 100 faiz güc göstərməsi çətin olur.

- Qarşıda oyunlarımız var. Siz anlayırsınız ki, artıq səhv etmək haqqımız yoxdur və bu oyunlar bizim üçün çətin olacaq?

- Mən bunu bu oyundan əvvəl də anlayırdım. Amma futbol belə bir oyundur. Belə müdafiəni sındırmaq çətindir, xüsusilə də bu cür meydançada. Mən futbolçulara dedim ki, artıq növbəti oyunu düşünmək lazımdır, çünki xal itirmək şansımız qalmayıb.

- Bu oyundan sonra özünüzü necə hiss edirsiniz?

- Çox məyus oldum, çünki qələbə qazanmadıq və kifayət qədər imkan da yarada bilmədik.

- Azarkeşlərinizə nə demək istəyərsiniz?

- Səbrli olsunlar və növbəti oyunu gözləsinlər. Biz qələbə üçün əlimizdən gələni edəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Sentyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri