Icma.az
close
up
RU
“Rebuild Karabakh” hakatonu uğurla başa çatıb

“Rebuild Karabakh” hakatonu uğurla başa çatıb

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu uğurla başa çatıb.

İki gün davam edən hakaton 31 oktyabr – 1 noyabr 2025-ci il tarixlərini əhatə edib. Layihənin əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gənclərin, startapçıların, mütəxəssislərin və innovativ yanaşmaların cəlb olunmasını təmin etmək, eyni zamanda regionun ağıllı, ekoloji və dayanıqlı inkişafına töhfə vermək olub.

Hakatonun birinci günündə iştirakçılar mentorların dəstəyi ilə ideyalarını inkişaf etdirib, “ağıllı şəhərlər”, “mobillik”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” istiqamətləri üzrə innovativ layihələr üzərində çalışıblar.

İkinci gün isə 18 komanda və 75 iştirakçı layihələrini münsiflər heyətinə təqdim edib. Dəyərləndirmə nəticəsində “LankonFarm” komandası birinci yerə, “Engineers” komandası ikinci yerə, “HidroBanm” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar mükafatlandırılıb, “UNECode”, “Lunex”, “CO2toD” komandaları isə həvəsləndirici yerləri tutublar.

Qalib komandaların layihələri xüsusilə innovativ və dayanıqlı yanaşmaları ilə seçilib:

“LankonFarm” komandası Qarabağ fermerləri üçün vasitəçiliyi azaldan, ağıllı soyuducu və sensor izləmə sistemləri vasitəsilə məhsulun daşınmasını optimallaşdıran innovativ aqrotexnoloji həll işləyib hazırlayıb. “Engineers” komandası isə Qarabağda su və torpaq problemlərini həll edərək balıqçılıq və əkinçiliyi birləşdirən, sensor və filtrasiya sistemləri ilə resurslardan səmərəli istifadəni təmin edən dayanıqlı kənd təsərrüfatı modeli təqdim edib. “HidroBANM” komandası hidrogellər vasitəsilə rütubəti sovuraraq infrastrukturda korroziyanın və su yığılmasının qarşısını alan, həyat keyfiyyətini və ekoloji dayanıqlığı artıran ağıllı həll təqdim edib.

Hakatonda iştirak edən ümumilikdə 6 komanda 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində öz layihələrini birbaşa təqdim etmək imkanı qazanıb.

Qeyd edək ki, bu təşəbbüs Qarabağın müasir, ekoloji və “ağıllı şəhər” standartlarına uyğun gələcəyinin formalaşdırılmasına, eləcə də gənclərin regionun innovativ inkişaf prosesində aktiv iştirakına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see539

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see468

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see317

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see311

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see307

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see302

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see273

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see263

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see261

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see248

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see241

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see237

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see235

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see235

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see231

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see231

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see223

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see221

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see207

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri