Rəcəb Fərəczadə: Çempionlar Liqasında yarımfinala kimi irəliləmək istəyirik
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Çempionlar Liqasında yarımfinala kimi irəliləmək istəyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək "Aznur" komandasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Ötən mövsüm turnirdə 1/8 finala qədər irəlilədiklərini xatırladan mütəxəssis bu dəfə də komandasında inandığını bildirib: “Çempionlar Liqasında zəif komanda yoxdur. Bizim qrup çətindir. İspaniya, Çexiya və Qazaxıstan futbolda uğurlu olan ölkələrdir. Lakin biz də layiqincə mübarizə aparmaq istəyirik. Rəqibləri analiz edirik”.
O, legioner oyunçu transfer etməyəcəklərini söyləyib: “Hələlik belə davam edəcəyik. Yalnız bir əcnəbi gətirmişik. O da Bakıdakı dünya çempionatında Mavritaniya millisinin heyətində çıxış etmiş Mohamed Baqayokodur”.
Qeyd edək ki, "Aznur" komandası Çempionlar Liqasının G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















