Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, daha əvvəl dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olmuşdu.


