Icma.az
close
up
RU
Rəcəb Tayyib Ərdoğan haqqında ilk xəbərin yer aldığı qəzet hərracda satışa çıxarılır

Rəcəb Tayyib Ərdoğan haqqında ilk xəbərin yer aldığı qəzet hərracda satışa çıxarılır

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında ilk xəbərin yer aldığı ehtimal edilən qəzet nüsxəsi hərrac yolu ilə satışa çıxarılır.

Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.

Məlumata görə, 17 yanvar 1972-ci il tarixli "Bizim Anadolu" qəzeti yanvarın 19-da yerli vaxtla saat 15:00-da Çengelköy Müzayede (Çengelköy Hərracı - red.) tərəfindən hərraca çıxarılacaq.

Qəzet üçün başlanğıc qiyməti hələ müəyyən edilməsə də, satışdan ən azı 250 min lirə (təxminən 12 min manat) gəlir əldə edilməsi gözlənilir.

Bildirildiyinə görə, "Bizim Anadolu" qəzetində 53 il əvvəl Rəcəb Tayyib Ərdoğan və iki məktəb yoldaşının "Liseylərarası debat"a qatılmaları və birincilik qazanmaları ilə bağlı fotoreportaj oxuculara təqdim edilib. Xəbər "İstanbul İmam Hatip Okulu fikir mübadiləsində qalib gəldi" başlığı ilə verilib.

Həmçinin, xəbərdə Ərdoğanın "Türk və islam mədəniyyətini övladlarına aşılayan ana və ataları axtarırıq" sözlərinin böyük alqışlarla qarşılandığı da qeyd edilib.

Hərracın koordinatoru Osman Nuri Boyacının sözlərinə görə, Ərdoğan haqqında bu xəbərdən əvvəl hansısa başqa bir xəbərin dərc edilməsi çox da mümkün görünmür.

"Həmçinin, 1972-ci ildə 18 yaşında olan Ərdoğanın bir lisey şagirdi olaraq xəbərdə yer alması onun həyatında iz buraxan bir mövzu kimi qiymətləndirilə bilər. Qəzet nüsxəsinin başlanğıc qiymətini hələ ki təyin etməmişik, amma ən azı 250 min lirəyə satılarsa, buna şad olardıq", - deyə Osman Nuri Boyacı qeyd edib.

Boyacı əlavə edib ki, bu xəbərin "Bizim Anadolu" qəzetindən başqa bir nəşrdə dərc olunub-olunmadığı da araşdırma mövzusu ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri