“Red Bull” və “Racing Bulls” 2026 cı il mövsümü üçün pilot heyətini açıqlayıblar
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstriyanın “Formula-1” komandası “Red Bull” növbəti mövsüm üçün pilot heyətini müəyyən edib.
İdman.Biz “Red Bull”un mətbuat xidmətinə istinadla xəbər verir ki, komandanı 2026-cı ildə niderlandlı Maks Ferstappen və fransız İsak Hacar təmsil edəcək.
“Red Bull”un ikinci komandasının heyəti də açıqlanıb. Yeni Zelandiyalı Liam Louson və hazırda Formula 2-də yarışan britaniyalı sürücü Arvid Lindblad 2026-cı il mövsümündə İtaliyanın “Racing Bulls” komandasında yarışacaqlar.
Bu, mövsümə “Racing Bulls”la başlayan, hazırda “Red Bull”un pilotu olan yapon Yuki Tsunoda “Formula-1”in sürücü oturacağından kənarda qalacaq.
Bu mövzuda digər xəbərlər:Red Bull 2026 mövsümü üçün pilot heyətini açıqlayıb
16 Sentyabr 2025 01:00
“Red Bull Racing” komandasının rəhbəri istefaya göndərilib
09 İyul 2025 14:48
Formula 1: “Oracle Red Bull Racing” yeni pilotunu elan edib AZƏRTAC
19 Dekabr 2024 17:12
Racing Bulls da Ferstappenin komandaya mümkün transferinə inanmırlar
03 Sentyabr 2025 22:10
“Red Bull” Horneri qovdu
18 İyul 2025 06:55
Baxış sayı:88
Bu xəbər 02 Dekabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















