Icma.az
close
up
RU
Rədd olsun Qaregin! Paşinyan yeni bir hərəkata başlayıb ANALİTİK

Rədd olsun Qaregin! Paşinyan yeni bir hərəkata başlayıb ANALİTİK

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Parlament seçkiləri yaxınlaşdıqca, baş nazir erməni cəmiyyətinə seçim etməyi məsləhət görür



“Ermənistan Baş naziri Nikol Paşinyan yeddi ildən sonra yeni bir inqilaba - "Rədd olsun Qaregin" hərəkatını başlayıb”. Bunu erməni politoloq Akop Badalyan deyib. Onun sözlərinə görə, Paşinyan parlament seçkiləri öncəsi yeni inqilaba təşəbbüs edir, parlament seçkilərini inqilaba çevirir: 

"Paşinyan zənn edir ki, bu dəfə seçkilərdə qalib gəlmək çox çətindir və şans yenə inqilaba qalır. Bu baxımdan onun budəfəki hədəfi erməni kilsəsidir. Paşinyan inqilabı mərhələ-mərhələ reallaşdırır. Məqsədini “kilsəni azad etmək” və “yeni katolikos seçmək üçün koordinasiya şurası” qurmaq şəklində bəyan edir. Həll edilməli olan problemlər çoxşaxəlidir, amma əsas məsələ seçkiləri inqilabi prosesə çevirməkdir. Artıq seçki prosesini inqilabi prosesə çevirməyə başlayıb və şansını orada sınayır". Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb. 


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  "Sherg.az"a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Ekspert bildirib ki, Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır:

 "Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə ona qarşı silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan Paşinyana müraciət edərək, onun istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı. Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstyan isimli keşişi irəli sürdü. O, İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu". 


Analitik qeyd edib ki, bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib: 

"Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür. Ya onunla yola davam edəcəklər və bu, Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəklər ki, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri