Icma.az
close
up
RU
Rəf və kassada fərqli qiymət İstehlakçı nə etməlidir?

Rəf və kassada fərqli qiymət İstehlakçı nə etməlidir?

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son dövrlərdə Azərbaycanda marketlərdə qiymət manipulyasiyaları ilə bağlı istehlakçı şikayətlərinin artması müşahidə olunur. Xüsusilə, məhsulun rəf qiyməti ilə kassadakı qiymət arasında fərqlər, endirim kampaniyalarının qeyri-şəffaflığı və digər aldatma halları istehlakçıların narazılığına səbəb olur.

Bəs bu halların artmasının əsas səbəbi nədir və bu halda istehlakçılar hansı addımları atmalıdırlar?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son illərdə Azərbaycanda rəfdəki qiymətlərlə skaner vasitəsilə oxunan qiymətlər arasındakı fərqlər və qiymətin yuxarı olması halları artıb:

"Bu, istehlakçı hüquqlarının pozulması və süni qiymət artımı kimi qiymətləndirilir. Hər gün Azad İstehlakçılar Birliyinə bu barədə şikayətlər gəlir və məsələ daha da ciddiləşir. Məsələn, marketlərdə 86 qəpiyə satılan badımcanın qiymətinin son anda artırılması və ya ekzotik meyvənin 26 manata satılması kimi hallarla qarşılaşılır. Bəzi hallarda isə istehlakçılara almadıqları mallar yazılır".

Eyyub Hüseynov qeyd edib ki, əgər marketdə məhsulun rəftdəki qiyməti ilə son qiyməti arasında fərq varsa, istehlakçı ilk növbədə kassa çekini saxlamalı, artırılmış qiymət ilə kassa çəkini müqayisə etməli və həmin malın qiymətini də telefonla çəkib göstərməlidir:

"Daha sonra müdiriyyətə müraciət edərək kassa çəkində göstərilən qiymət ilə satışda olan qiymətin fərqini izah etməlidir. İstehlakçı hüququna əsasən, market müdiriyyəti taxtadakı qiyməti tətbiq etməlidir. Əgər artıq ödənilmiş məbləğ varsa, müdiriyyətlə razılaşma əsasında həmin məbləğ geri qaytarılmalıdır və yeni kassa çekinin şəkli saxlanmalıdır. Bəzi hallarda müdiriyyət "yadımızdan çıxıb" kimi bəhanələr irəli sürə bilər, amma bu, istehlakçını aldatmaqdır. Əgər marketdəki müdiriyyətlə məsələ həll olunmazsa, istehlakçı cənab Prezidentin fərmanına əsaslanaraq Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir. İstehlakçı şikayətlərini və sənədlərini təqdim edərək bazarda yoxlamaların təşkil olunmasını təmin edə bilər.

Bu məsələlərin geniş yayılması dövlətin istehlakçı siyasətinin zəif olmasından qaynaqlanır. Biznes qurumları, xüsusən də iri ticarət şəbəkələri, istehlakçıların hüquqlarını pozaraq bu vəziyyətdən faydalanırlar. Həmçinin, bəzi dövlət qurumlarının əhali ilə əlaqə imkanları çox məhdud olduğundan, istehlakçılar şikayətlərini bildirməkdə çətinlik çəkirlər. Məsələn, Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin kommunikasiya kanallarının zəifliyi bu məsələni daha da çətinləşdirir".

Eyyub hüseynov istehlakçılara bu hallarla qarşılaşdıqda diqqətli olmalarını, kassa çeki və qiymət etiketlərinə diqqətlə yanaşmalarını tövsiyə edir:

"Xüsusilə kartla ödəniş edərkən, almadıqları malların yazıldığından şübhələnən istehlakçılar, dərhal bu barədə xəbərdar olmalı və hüquqlarını qorumaq üçün addım atmalıdırlar.

İstehlakçılar şikayət və suallarını Azad İstehlakçılar Birliyinin 441 28 33 nömrəsi ilə əlaqə saxlayaraq bildirə bilərlər. Birlik istehlakçılara mümkün olan köməklikləri göstərərək, hüquqlarının qorunmasına dəstək olacaqdır".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, bu cür hallarda fiziki şəxslər 350-500 , vəzifəli şəxslər 1,500-2,000, hüquqi şəxslər 4,000-6,000 manat məbləğində cərimə edilə bilər.

Ülkər Abdurahmanlı/ Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri