Referansın həkimi beynəlxalq konfransda iştirak etdi FOTO
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Referans Hayat Hospitalın cərrah onkoloq-mammoloqu, PhD. Dr. Günay Əhmədovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında keçirilən “18-ci Beynəlxalq Süd Vəzi Xəstəlikləri Konqresi”ndə uğurla iştirak edib. Dr. Günay Əhmədova konqres çərçivəsində iki panelə rəhbərlik edərək (panel sədri) və spiker kimi çıxış edərək müalicəsində böyük çətinliklər yaşanan qranulematoz mastitlə bağlı öz klinik təcrübəsinə əsaslanan “Qranulematoz mastit sonrası cərrahi əməliyyatlar” mövzusunda məruzəsini beynəlxalq auditoriya ilə bölüşüb.
Modern.az xəbər verir ki, təqdimat xüsusi maraq doğurub və professorlar bu məruzənin elmi məqalə kimi dərc olunmasını təklif ediblər.
Konqres çərçivəsində mütəxəssislər müxtəlif elmi təqdimatlarla çıxış edərək ölkəmizin süd vəzi xəstəlikləri sahəsindəki təcrübəsini və elmi potensialını beynəlxalq auditoriyaya nümayiş etdiriblər. Azərbaycanlı həkimlərin çıxışları konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və ölkəmizin bu sahədəki elmi nailiyyətlərinin əhəmiyyəti bir daha önə çıxıb.
Dr. Günay Əhmədova çıxışında bildirib ki, bu konqres Azərbaycan tibbinin elmi gücünü beynəlxalq arenada nümayiş etdirmək üçün mühüm platformadır. O, həm spiker, həm də panel sədri kimi iştirak etməyin böyük qürur və məsuliyyət olduğunu vurğulayaraq, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində vacib addımlar atıldığını qeyd edib.
Tədbir müddətində aparıcı klinikalar, beynəlxalq cərrahlar və elmi qurumlarla yeni əməkdaşlıq imkanları müzakirə olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 03 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















