Icma.az
close
up
RU
“Referens” klinikasının direktoru arvadını niyə güllələyib? İTTİHAM AKTI KONKRET

“Referens” klinikasının direktoru arvadını niyə güllələyib? İTTİHAM AKTI KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb.

Belə ki, Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib. Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.

İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl həyat yoldaşının təhsil aldığı Bakı Biznes və Kooperasiya Kollecində qrup yoldaşı ilə gizli sevgi münasibəti yaşayaraq və yazışmalarına dair şübhələrdən sonra başlayıb. Təqsirləndirilən şəxs mobil telefon, görüntülü qapı zəngi və digər məlumatlar əsasında xəyanətə dair qənaətə gəldiyini bildirib.

Daha sonra tərəflər arasında münasibətlər gərginləşib və mübahisələr davamlı xarakter alıb.

İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.

Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan telefon yazışmaları və sosial əlaqələr səbəbilə şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.

Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.

Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

Qeyd: Vasif Kərimov Bakıda fəaliyyət göstərən “Referens” klinikasının Mərdəkan filialının direktoru olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri