Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Reform UK” Britaniya siyasətini necə silkələyir?

“Reform UK” Britaniya siyasətini necə silkələyir?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naycel Fərəc yenidən gündəmin mərkəzinə qayıdır

Uzun illər sabit parlamentarizm modeli ilə seçilən Böyük Britaniya dərin siyasi parçalanmanın yeni mərhələsinə daxil olub. Naycel Fərəcin rəhbərlik etdiyi “Reform UK” partiyasının sürətlə populyarlaşması Britaniya siyasi sistemində ciddi silkələnmə yaradıb. Bunun əsas səbəbi isə bir neçə il əvvəl kiçik qüvvə hesab edilən partiyanın bu gün həm Mühafizəkarların, həm də Leyboristlərin elektoratına təsir göstərməsidir. Xülasə, “Reform UK” artıq sistemə alternativ qüvvə kimi təqdim olunur. Hazırkı vəziyyət seçkiqabağı atmosferdə gərginliyi artırır, ideoloji qütbləşməni dərinləşdirir və Britaniya cəmiyyətində uzun müddətdir mövcud olan narazılıqları üzə çıxarır.

İlk növbədə, qeyd edək ki, Naycel Fərəc Britaniya siyasətində yeni sima deyil. O, illərlə Avropa İttifaqına qarşı sərt mövqeyi, antiimmiqrasiya ritorikası və populist çıxışları ilə tanınıb. Əslində, Brexit prosesinin ideoloji memarlarından biri məhz Fərəc sayılır. Bir vaxtlar Britaniyanın Avropa İttifaqından çıxmasının mümkünsüz olduğunu düşünənlər sonradan onun siyasi kampaniyasının nə qədər böyük ictimai təsir yaratdığını gördülər. İndi oxşar dinamika yenidən müşahidə olunur. Fərq ondadır ki, bu dəfə söhbət bütövlükdə Britaniya siyasi sisteminə qarşı etimadsızlıqdan gedir. “Reform UK” partiyasının yüksəlişinin arxasında uzun illər ərzində yığılan sosial, iqtisadi və psixoloji narazılıqlar dayanır. Britaniyada inflyasiya, enerji qiymətlərinin artması, yaşayışın bahalaşması, səhiyyə sistemində böhran və qeyri-qanuni miqrasiya ilə bağlı narahatlıqlar əhalinin mühüm hissəsində mərkəzi hakimiyyətə inamsızlıq yaradıb. Həm Mühafizəkarlar, həm də Leyboristlər həmin problemlərin həllində kifayət qədər effektiv görünmədikcə, radikal ritorika daha çox diqqət cəlb etməyə başlayır.

Mühafizəkar Partiyasının vəziyyəti xüsusilə mürəkkəbdir. Çünki “Reform UK” ən çox məhz sağ elektoratı parçalayır. Uzun illər Britaniya sağının əsas dayağı olan Mühafizəkarlar Brexitdən sonra ciddi ideoloji böhran yaşamağa başladılar. Partiya daxilində fərqli qanadların toqquşması, tez-tez dəyişən baş nazirlər, iqtisadi problemlər və uğursuz qərarlar seçicilərin bir hissəsini uzaqlaşdırdı. Bu boşluğu isə Fərəc doldurmağa başladı. O, özünü “britaniyalıların səsi” kimi göstərir, siyasi elitanı xalqdan uzaq olmaqda, London mərkəzli siyasət yürütməkdə və milli maraqları qorumaqda zəif davranmaqda ittiham edirdi. Bu ritorika xüsusilə kiçik şəhərlərdə, sənaye bölgələrində və iqtisadi çətinlik yaşayan təbəqələr arasında rezonans doğurdu. Ənənəvi partiyalara etiraz edən seçicilər üçün “Reform UK” bir növ sistemə qarşı üsyan platformasına çevrildi. Lakin problemlər sadəcə iqtisadi çətinliklərlə bitmədi. Milli kimlik mövzusu da getdikcə daha həssas siyasi məsələyə çevrildi. Hazırda miqrasiya, multikulturalizm və təhlükəsizlik mövzuları ətrafında aparılan debatlar cəmiyyət daxilində emosional parçalanmanı artırır. “Reform UK” məhz sözügedən emosional boşluqdan istifadə edir. Partiya sərhədlərin daha ciddi qorunmasını, miqrasiya siyasətinin sərtləşdirilməsini və “Britaniya dəyərlərinin” müdafiəsini əsas prioritetlərdən biri kimi təqdim edir. Tənqidçilər hesab edirlər ki, bu ritorika cəmiyyətdə yadlaşmanı və dözümsüzlüyü gücləndirə bilər. Onların fikrincə, sosial problemlərin səbəbini yalnız miqrasiya ilə əlaqələndirmək populist yanaşmadır və uzunmüddətli həll təklif etmir. Fərəc tərəfdarları isə bildirirlər ki, illərlə problemlər barədə danışmaq siyasi düzgünlük adı altında tabu hesab olunsa da, indi sadəcə insanların real narahatlıqları dilə gətirilir.

Leyboristlər partiyası üçün də vəziyyət asan deyil. İlk baxışda “Reform UK” əsasən sağ seçiciləri cəlb etdiyi üçün Leyboristlər bundan faydalana bilərmiş kimi görünür. Amma reallıq daha mürəkkəbdir. Çünki partiyanın yüksəlişi ümumi siyasi sistemə qarşı narazılığı artırır və seçkilərin proqnozlaşdırılmasını çətinləşdirir. Bundan başqa, fəhlə sinfinə mənsub seçicilərin hakim siyasi dairələrə ritorikaya meyillənməsi Leyboristlər üçün risk yaradır. Nəzərə alınmalıdır ki, Britaniya siyasətində uzun müddət sinfi identiklik əsas rol oynayıb. İşçi sinfi daha çox Leyboristlərə, biznes və mühafizəkar təbəqələr isə Mühafizəkar Partiyaya səs verirdi. İndi isə mədəni və milli kimlik əsaslı siyasət sosial-iqtisadi bölgünü arxa plana keçirir. İnsanlar artıq milli kimlik, təhlükəsizlik, miqrasiya və qlobalizm kimi mövzulara münasibət əsasında siyasi seçim edirlər. Sözügedən dəyişikliklər Britaniyada siyasi dilin də sərtləşməsinə səbəb olub. Sosial şəbəkələrin təsiri, emosional kampaniyalar və populist çıxışlar ənənəvi siyasi debatları kölgədə qoyur. Naycel Fərəc həmin kommunikasiya mühitində daha rahat hərəkət edir. Bu isə siyasi sistemdən yorulan seçicilər üçün daha cəlbedici görünür.

Yeri gəlmişkən, bəzi analitiklər “Reform UK”nin yüksəlişini Brexit sonrası dövrün davamı hesab edirlər. Onların fikrincə, Brexit Britaniya cəmiyyətində dərin narazılığın siyasi partlayışı idi. Həmin narazılıq indi yeni formada yenidən ortaya çıxır. Fərq ondadır ki, əvvəl hədəf Brüssel idisə, indi hədəf birbaşa Britaniya siyasi sistemidir.

Sonda qeyd edək ki, ifrat sağın yüksəlişi demokratiya üçün müəyyən risklər də yaradır. Populist qüvvələr cəmiyyətin emosiyalarından istifadə edərək mürəkkəb problemləri həddindən artıq sadələşdirir və siyasi qütbləşməni artırırlar. Xüsusilə miqrasiya kimi həssas mövzuların aqressiv siyasi alətə çevrilməsi cəmiyyət daxilində qarşıdurma riskini yüksəldir.

Züriyyə QARAYEVA,
politoloq

Naycel Fərəcin rəhbərlik etdiyi “Reform UK” partiyasının yüksəlişi Böyük Britaniyada ənənəvi iki partiyalı siyasi sistemin ciddi təzyiq altında olduğunu göstərir. Xüsusilə miqrasiya, yaşayış xərclərinin artması, milli kimlik və təhlükəsizlik məsələləri üzərindən aparılan populist kampaniyalar cəmiyyət daxilində narazılığı daha görünən edib. “Reform UK” uzun müddət əsasən etiraz elektoratının partiyası kimi qəbul olunsa da, artıq Mühafizəkar Partiyasının klassik seçici bazasına birbaşa təsir göstərməyə başlayıb. Bu isə sağ elektoratın parçalanmasına səbəb olur və nəticədə həm mühafizəkarların zəifləməsi, həm də parlament daxilində daha fraqmentləşmiş siyasi mənzərənin formalaşması ehtimalını artırır. Digər tərəfdən, Leyboristlər hakimiyyət perspektivini gücləndirsə də, ifrat sağ ritorikanın gündəmi müəyyən etməsi onları da daha sərt miqrasiya və təhlükəsizlik siyasətinə yaxınlaşmağa məcbur edə bilər.

Əsas risk isə cəmiyyət daxilində siyasi və sosial qütbləşmənin dərinləşməsidir. Son illərdə Brexit sonrası iqtisadi çətinliklər, regionlararası inkişaf fərqləri və dövlət institutlarına inamın zəifləməsi populist qüvvələr üçün münbit zəmin yaradıb. Əgər iqtisadi problemlər davam edərsə və ənənəvi partiyalar effektiv sosial-iqtisadi model təqdim edə bilməzsə, gələcəkdə “Reform UK” kimi qüvvələrin təsiri daha da arta bilər. Bu isə Britaniya siyasətində daha sərt milliyyətçi ritorikanın güclənməsi, miqrantlara münasibətin sərtləşməsi və küçə səviyyəsində radikal qrupların fəallaşması riskini artırır. Paralel olaraq, Şotlandiya və Şimali İrlandiya kimi regionlarda mərkəzi hakimiyyətə qarşı siyasi narazılıqların yenidən güclənməsi ehtimalı var ki, bu da Böyük Britaniyanın daxili siyasi sabitliyi üçün uzunmüddətli çağırış yarada bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see379

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see294

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see285

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see271

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see248

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see234

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see224

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see223

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see217

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see217

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see212

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see212

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see212

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see205

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see203

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see191

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see187

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see185

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri