Icma.az
close
up
RU
Region erməni kimi qəddar və hiyləgər toplumdan xilas olur TƏHLİL

Region erməni kimi qəddar və hiyləgər toplumdan xilas olur TƏHLİL

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Son iki yüz ildə erməni terror toplumunun azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, qətliamlar ötən əsrin 90-cı illərindən başlayaraq daha amansız və qəddar formada davam etmişdir. 30 illik erməni işğalı nəticəsində Azərbaycanın şəhər və qəsəbələri dağıdılmış, mədəniyyət nümunələri, tarixi abidələri, məscidlər, mədrəsələr, məbədlər yerlə-yeksan edilmişdir. Bu vandal əməllərə bəzi aparıcı dövlətlərin, beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi ikili standartların nümunəsidir. Bu, həm də onu təsdiq edir ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarında bəzi dövlətlərin birbaşa və dolayısı ilə əlləri var. Hətta araşdırmalarla sübut edilir ki, Qarabağdan oğurlanan, talan edilən Azərbaycanın mədəni irsinin nümunələri Fransaya, Hindistana, Yunanıstana, ABŞ-a və digər ölkələrə daşınıb. Təbii ki, belə əməl terrorçularla əməkdaşlıq, işbirliyi deməkdir. Dünya həqiqətən də ədalətli, hüququn aliliyinə hörmət edən dünya olsa idi terrorçu ermənilərlə əməkdaşlıq edib Azərbaycanın mədəniyyət nümunələrini oğurlayanlar mühakimə edilə və layiq olduqları cəzanı alarlar. Təəssüflər olsun hazırkı dünya ikili standartlardan ibarətdir. Vəhşiliyin pik nöqtəsi ondan ibarətdir ki, ermənilər işğal etdikləri ərazilərdəki bütün mədəni irsimizi məhv ediblər, pula keçən, zövqlərinə uyğun olanları isə Ermənistana aparıblar. Sonradan isə müxtəlif yollarla ABŞ-a, Hindistana, Fransaya, Yunanstana, Kanadaya, Livana və digər ölklərə dəstəkçilərinə pul qarşılığı olaraq satıblar. Erməni vəhşi toplumu Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri, ümumilikdə 67 məsçiddən 65-ni tamamilə məhv edib, digər 2-ni isə müxtəlif iyrənc məqsədlər üçün istifadə edib. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir.

Ağdam erməni vəhşiliyinin nəticəsi olaraq tamamilə dağıdılıb

Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

Şuşanın qədim məskənləri erməni terrorunun qurbanı olub

Ermənistan terrorçularının təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir. Bu vəhşilik, vandalizm ancaq erməni terrorçularına xas xüsusiyyətdir. Digər millətlər, hansısa toplumlar tərəfindən belə bəşəri cinayətlərin törədilə biləcəyi təsəvvür edilmir. Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir". Birmənalı mövqe ondan ibarətdir ki, Şuşa Qarabağımızın incisidir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

Azərbaycan döyüş meydanında qisasını aldı

Hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatında bir canlanma baş verib. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırıb. V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Daha sonra C.Məmmədquluzadənin "Ölülər" tragikomediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulmuşdu. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. İşğal nəticəsində bütün sivil dünyanın böyük həsrət, bəzən isə yanğı ilə baxdığı sənət məbədi olan Şuşa və Şuşanın mədəniyyət ocaqları erməni vandalları tərəfindən dağıdıldı, viran edildi. Lakin Şuşanı xəritədən silməyi, ən azı özlərininki edə bilmədilər. Çünki Şuşanın qalaları, oradakı müqəddəs ruhlar imkan vermədi. Müqavimət göstərdilər, o zamana qədər ki, 8 noyabr 2020-ci ildə Azərbaycan əsgəri Şuşaya daxil olub, erməni vəhşilərini şəhərdən qovdu.

Mövcud araşdırmalarla sübuta yetirilir ki, erməni vəhşiliyi yalnız Qarabağın və ətraf rayonların işğalı zamanı tarixi, memarlıq nümunələrinin dağıdılması, talan edilməsi ilə yekunlaşmır. Bu vəhşi toplum hələ ötən əsrin əvvəllərindən, sonrakı mərhələdə isə 88-ci ilin əvvələrindən başlayaraq tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda bizlərə məxsus irsi də dağıdıb, yer üzündən silib. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 491 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə azərbaycanlıların sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Camə məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Qala da bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, hazır da Urud qalasının yalnız xarabalıqları qalır. Tarixi Azərbaycan şəhərimiz olan İrəvanda bir dənə də olsun memarlıq nümunəsi, abidə, məscid qalmayıb, hamısını ermənilər dağıdıblar. Lakin əminlik var ki, Şuşaya, Xankəndinə, Əsgərana, Xocavəndə və digər işğal olunmuş ərazilərimizə qayıtdığımız kimi bir gün Qərbi Azərbaycan torpaqlarımıza da qayıdacağıq.

Şuşa dirçəlir, qurulur, bərpa edilir

Şuşanın azad edildiyi gün Fateh Sərkərdə, Prezident İlham Əliyevin xalqa təbrik müraciətində dediyi fikirlər yada düşür: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". Bəli, bu gün Şuşa dirçəlir, qurulur, bərpa edilir. Artıq dağıdılmış dini mərkəzlərimiz bərpa və təmirdən sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərin ziyarət ediblər və dövlətimizin başçısı məscidlərə Məkkədən gətirilmiş "Qurani-Şərif"i hədiyyə edib. Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib ki, düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb: "Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik".

İşğaldan azad edilən ərazilərdə aparılan təmir, tikinti, bərpa işlərindən sonra qayıdan insanlar arasında şuşalılar da var. Cari ilin mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ilk yaşayış kompleksinin açılışı olub. Yaşayış kompleksində ilk olaraq 20 ailə, o cümlədən 88 nəfər yerləşib. 23 dördmərtəbəli binadan ibarət yaşayış kompleksi 8 hektar ərazidə inşa edilib. 450 mənzildən, o cümlədən 28 ədəd birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beş otaqlı mənzildən ibarətdir. Müvafiq olaraq 300 və 500 mənzildən ibarət ikinci və üçüncü yaşayış kompleksinin tikintisi planlaşdırılır. Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhərimiz Şuşada bu günə qədər çoxsaylı yerli və beynəlxalq miqyaslı konfranslar, seminarlar, festivallar keçirilir. Bütün bunlar bir daha Şuşamızın Qafqazın incisi, Qarabağımızın baş tacı olduğunu təsdiqləyir.

Faktiki Azərbaycan erməni kimi hiyləgər, qəddar düşməni məhv etməklə regionda yeni reallıqlar yaratdı. Artıq əminliklə demək olar ki, regionumuz terrorçu xislətli və əməli erməni vəhşilərindən xilas olub və rahat nəfəs alır. Bundan sonra bu tolum başını qaldırmağa və yeni cinayətlər törətməyə cəhd edərsə, tamamilə məhv ediləcək. Ona görə də, sakit və dinc durmalı, Azərbaycanın istənilən tələbinə boyun əyməlidir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see245

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see199

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see189

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see166

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see154

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see148

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see146

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see145

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see138

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see126

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see126

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see124

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see124

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see121

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see118

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri