Icma.az
close
up
RU
Region üçün DƏHŞƏTLİ TƏHLÜKƏ İran VİRAN QALARSA… KONKRET

Region üçün DƏHŞƏTLİ TƏHLÜKƏ İran VİRAN QALARSA… KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kreml İranda dərinləşən daxili siyasi böhranı ciddi narahatlıqla izləyir. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu mövzu ilə bağlı həm İran prezidenti Məsud Pezeşkian, həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları aparıb. Çünki İranda baş verən proseslərin Xəzər hövzəsində iqtisadi və hərbi-siyasi vəziyyətə birbaşa təsir göstərəcəyi istisna edilmir.

KONKRET.az xəbər verir ki, artıq ikinci ildir ki, Xəzər regionu eyni vaxtda bir neçə qeyri-sabitlik faktoru ilə üz-üzədir. Bir tərəfdən Rusiya–Ukrayna müharibəsinin nəticələri tədricən bölgəyə sirayət edir, digər tərəfdən isə İranda yaşanan daxili böhran qonşu ölkələri də dolayı yolla bu proseslərin orbitinə cəlb edir. Bu amillərin üst-üstə düşməsi Xəzər hövzəsində təhlükəsizlik, logistika və iqtisadiyyat üçün daha mürəkkəb risklər yaradır.

Qeyri-sabitlik həm Xəzərin şimalında, həm də cənubunda hiss olunur. Regionun Rusiya–Ukrayna müharibəsinə birbaşa cəlb olunmasının başlanğıcı kimi “Azerbaijan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə endirilən zərbə göstərilir. Bu hadisə Moskva ilə Bakı arasında münasibətlərdə ciddi böhran yaradıb və 2025-ci il ərzində tam siyasi həllini tapmayaraq gizli gərginlik mənbəyi olaraq qalır.

2025-ci ilin dekabrında isə pilotsuz uçuş aparatlarının “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca yerləşən hasilat infrastrukturu və dəniz daşımalarına qarşı mümkün hücumları ilə bağlı risklər gündəmə gəlib. “Lukoyl” şirkəti Xəzərdəki Filanovski və Korçaqin yataqlarında platformalara hücum faktını rəsmi şəkildə təsdiqləməsə də, bu tip məlumatların yayılması təhlükə səviyyəsinin artdığını göstərir.

Oxşar insidentlərin Xəzərin istənilən hissəsində baş verməsi mümkündür ki, bu da ekoloji fəsadlar riskini artırır. İran tankeri “Rona” ilə bağlı son hadisə isə Xəzər dənizində hərbi təhlükəsizliyin pisləşməsi ssenarisini gücləndirən əlavə siqnal kimi qiymətləndirilir. Bu şəraitdə region ölkələrinin dəniz hərbi imkanlarını artırması artıq qaçılmaz prosesə çevrilir.

2025-ci ilin iyununda baş verən və 12 gün davam edən müharibədən sonra İran sistemli daxili destabilizasiya mərhələsinə daxil olub. Prosesin nəticəsi hələlik qeyri-müəyyəndir: ya mövcud siyasi modelin çökməsi, ya da daha yumşaq və liberal idarəetmə formasına mərhələli keçid ehtimalı müzakirə olunur.

Mütəxəssislər hazırkı vəziyyəti 1989-cu ildə Çində baş vermiş Tyananmen hadisələri ilə müqayisə edirlər. Çin həmin böhrandan sonra mövqelərini gücləndirə bilsə də, İran üçün oxşar ssenarinin reallaşması daha çətindir. Bunun əsas səbəbi ağır makroiqtisadi vəziyyət və Tehrana qarşı tətbiq olunan sərt sanksiyalardır.

Əgər 2011-ci ilə qədər İranın neft ixracından əldə etdiyi gəlirlər illik 100 milyard dolları keçirdisə, 2024-cü ildə bu rəqəm 55 milyard dollara düşüb. İlkin proqnozlara əsasən, 2025-ci ilin yekununda bu göstərici 45 milyard dollardan da az ola bilər. Rəsmi statistik məlumatların mart ayının sonuna yaxın açıqlanacağı gözlənilir.

Bu səbəbdən İranın Çin, Rusiya və Asiya ölkələri ilə məhdud iqtisadi əməkdaşlığı böhrandan çıxış üçün yetərli olmaya bilər.

İran prezidenti Məsud Pezeşkian böhrandan çıxış yolu kimi ölkənin cənub bölgələrinin inkişafına və beynəlxalq nəqliyyat dəhlizlərinə – “Şimal–Cənub” və “Şərq–Qərb” marşrutlarına xüsusi önəm verir. Məqsəd həm regional ticarəti gücləndirmək, həm də ölkədaxili iqtisadi əlaqələri möhkəmləndirməkdir.

Bu strategiya çərçivəsində iqtisadi mərkəzin tədricən Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi ideyası da gündəmə gətirilib. Hətta paytaxtın liman şəhərlərindən birinə köçürülməsi məsələsi yenidən aktuallaşıb. Layihənin maliyyə mənbəyi kimi aktivləri təxminən 195 milyard dollar dəyərində qiymətləndirilən İran Milli İnkişaf Fondunun vəsaitləri nəzərdən keçirilir.

Lakin İranın bu transformasiyanı həyata keçirməsi üçün zamana ehtiyacı var. ABŞ prezidenti Donald Tramp administrasiyası isə Tehrana qarşı təzyiqləri azaltmaq niyyətində deyil. Ağ Evin uzunmüddətli təsir mexanizmlərindən biri kimi İrandan məhsul alan ölkələrə 25 faizlik idxal rüsumunun tətbiqi planlaşdırılır. Bu addım artıq İranın daxili böhranını onun qonşularının iqtisadiyyatına birbaşa təsir edən faktora çevirir.

Hazırkı vəziyyətdə ABŞ-ın mümkün qərarları İranla sıx ticarət əlaqələri olan ölkələri narahat edir. Son səkkiz ayda Çin İrandan 9,3 milyard dollarlıq, Türkiyə 4,4 milyard dollarlıq, BƏƏ 5,2 milyard dollarlıq, İraq isə təxminən 6,7 milyard dollarlıq məhsul idxal edib.

Türkiyə üçün yeni tariflərin təsiri daha həssas ola bilər. Çünki 2024-cü ildə Türkiyənin ABŞ-a ixracı 13 milyard dollar təşkil edib və artım tendensiyası davam edir. “Anti-İran rüsumu”nun tətbiqi avtomobil, tekstil və metallurgiya sektorlarına əlavə yük yarada bilər.

Azərbaycan və Qazaxıstan üçün isə bu məsələ daha çox siyasi xarakter daşıyır. Hər iki ölkənin ABŞ-la ticarət dövriyyəsi 2025-ci ildə azalıb, buna baxmayaraq İranla iqtisadi əlaqələr daxili istehlak və ixrac baxımından əhəmiyyətini qoruyur.

Ermənistan isə İranla daha geniş iqtisadi münasibətlərə malikdir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 737 milyon dolları keçib, 2025-ci ildə isə bu göstəricinin 850 milyon dollara yaxınlaşdığı bildirilir. Buna paralel olaraq Ermənistan ABŞ-la da əməkdaşlığını genişləndirir. Bu isə Vaşinqtonun “anti-İran tarifləri”nin İrəvana necə tətbiq ediləcəyi sualını açıq saxlayır.

Beləliklə, 2026-cı il İranın qonşuları üçün ciddi qeyri-müəyyənlik şəraitində başlayıb. Mümkün hərbi eskalasiya, sanksiyaların sərtləşməsi və tranzit marşrutlarının taleyi region ölkələri üçün əsas risk faktorları olaraq qalır. Bununla belə, Xəzər hövzəsi ölkələri artıq İranla bağlı vaxtaşırı baş verən böhranlara uyğunlaşmaq təcrübəsinə malikdir və regional iqtisadi sistem bu sarsıntılara müəyyən qədər adaptasiya olunub.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri