Icma.az
close
up
RU
“Regional aktor və Avropanın enerji təminatçısı” Əhliman Əmiraslanov

“Regional aktor və Avropanın enerji təminatçısı” Əhliman Əmiraslanov

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyini, regional münaqişələri və strateji tərəfdaşlıqları müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Zirvə toplantısında 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdi. Bu platformada Azərbaycan Prezidentinin mövqeyi xüsusi diqqət çəkdi. Çünki Avropanın enerji xəritəsində Azərbaycanın payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı mövcuddur.

Zirvə toplantısında Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi başa çatıb, danışıqların mövzusu yalnız sülh müqaviləsi və sərhədlərin delimitasiyası ola bilər. Bu mövqe həm aydın, həm də prinsipialdır. Çünki 2020-ci ildən sonra regionun reallığı dəyişib və bunu Paşinyan da etiraf etmək məcburiyyətində qalır. Əlavə olaraq, görüşdə kommunikasiya xətlərinin açılması məsələsi gündəmdə olub. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Avropa üçün mühüm mövzudur. Çünki Zəngəzur dəhlizi reallaşacağı halda, Avropa-Asiya ticarət xətti üçün yeni marşrut formalaşacaq.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşləri Kopenhagen səfərinin strateji xəttini daha da gücləndirdi. Ursula Fon der Lyayen hələ 2022-ci ildə Bakıda imzaladığı sənədlə Azərbaycanı Avropanın “etibarlı enerji tərəfdaşı” adlandırmışdı. Budəfəki görüşdə isə əsas vurğu yaşıl enerji layihələrinə edildi. Qeyd edim ki, Qara dənizdən Avropaya çəkiləcək “yaşıl kabel” layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir. Antonio Koşta ilə müzakirələrdə isə Azərbaycanın Avropa siyasi sisteminə inteqrasiya imkanları və enerji təhlükəsizliyindəki rolu müzakirə olundu.

O cümlədən, Kopenhagendə Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü də diqqət çəkdi. Moldova Avropanın ən həssas ölkələrindən biridir, çünki enerji asılılığı onun milli təhlükəsizliyinin əsas zəif nöqtəsidir. Bu kontekstdə Azərbaycan qazının Moldovaya çatdırılması məsələsi gündəmə gəlib. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropada da mühüm oyunçuya çevrildiyini göstərir.Prezident İlham Əliyevin çıxışları bir neçə strateji mesajı özündə ehtiva edirdi. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalanacağı halda regionda tamamilə yeni əməkdaşlıq mərhələsi başlayacaq. Azərbaycanın qaz və yaşıl enerji potensialı Avropanın ən çox ehtiyac duyduğu sahədir. Həmçinin Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropanın siyasi müzakirələrində mərkəzi mövqeyə sahibdir.

Kopenhagen zirvəsi Azərbaycanın siyasətinin artıq lokal deyil, Avropada əhəmiyyət daşıyan xəttə çevrildiyini göstərdi. Prezident İlham Əliyevin Baş nazir Paşinyanla görüşü sülh prosesinin davamlılığını təsdiqlədi, Avropa İttifaqı rəhbərləri ilə dialoqu enerji xəritəsində Azərbaycanın çəkisini artırdı, Moldova ilə danışıqlar isə Şərqi Avropa ilə yeni enerji körpüsünü formalaşdırdı. 

Bir sözlə, Azərbaycan həm regional aktor həm də Avropanın enerji təminatçısıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri