“Regional dəhlizlərə müdaxilə İran və Rusiyanın maraqlarına ziddir” ŞƏRH
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hesab etmirəm ki, post-Tramp dövründə, xüsusilə də Orta Dəhliz, “Tramp marşrutu” və hazırda Zəngəzur dəhlizi adlandırdığımız iri layihələr mövcudluq təhlükəsi ilə üz-üzə qalsın. Çünki bu layihələrin taleyi təkcə Ermənistanın, Azərbaycanın və ya ABŞ-da formalaşacaq administrasiyanın mövqeyindən asılı deyil. Burada əsas həlledici amillərdən biri Çindir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Çin Avropaya məhsullarının daşınması üçün məhz bu marşrutu əsas tranzit xətti kimi seçib və bu dəhlizin fəaliyyətində maraqlıdır. Digər mühüm faktor isə güclənməkdə olan Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat regional nəqliyyat və iqtisadi əməkdaşlıqda artıq ciddi aktora çevrilib.
Eyni zamanda Azərbaycan təkcə Qərb–Şərq deyil, həm də Şimal–Cənub nəqliyyat marşrutunun üzərində yerləşir. Şərq–Qərb və Orta Dəhlizə mümkün müdaxilələr avtomatik olaraq Şimal–Cənub xəttinə də zərbə vurur. Bu isə nə İranın, nə də Rusiyanın maraqlarına uyğundur. Çünki hazırda onların əsas iqtisadi və nəqliyyat kommunikasiyası məhz bu marşrut üzərindən keçir.
Ermənistanın mövqeyinə gəldikdə isə, dənizlərə çıxışı olmayan bu ölkə uzun illər manipulyasiya aləti rolunda çıxış etsə də, nəticədə ən böyük itki ilə üzləşən tərəf elə özü olub. İzolasiya siyasəti Ermənistanı regional əməkdaşlıqdan kənarda saxlayıb və bu vəziyyətin dəyişməsi üçün real alternativlər yaranmaqdadır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 23 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















