Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Regional güc olaraq Azərbaycanın rolu daha da artır

Regional güc olaraq Azərbaycanın rolu daha da artır

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan və İran xalqları əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşayıb. Hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir. Qarşılıqlı hörmətə əsaslanan tarixi-mədəni əlaqələr ikitərəfli və regional müstəvidə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edib. Hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi iki müstəqil dövlət arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Ulu Öndər Heydər Əliyevin İran İslam Respublikası iləsəmimi qonşuluq və geniş əməkdaşlıq əlaqələrininbünövrəsini qoyması münasibətlərin dayanıqlı inkişafını təmin edib. Möhkəm zəmin üzərində qurulan dövlətlərarasımünasibətlər Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasi kurs sayəsində yeni mərhələyə adlayıb, dövlətimizin başçısının 2014-cü il aprelində İrana səfəri zamanı tərəflər arasında imzalanan bir sıra sazişlər isə ikitərəfli əlaqələrin hərarətinin daha da yüksəldib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianınaprelin 28-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, iki ölkə arasında imzalanan yeni sazişlər, o cümlədən Prezidentlər səviyyəsində imzalanmış sənədmünasibətlərdə yeni tarixi dövrün başlanğıcı kimi dəyərləndirilə bilər.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq edənAzərbaycan və İran müasir reallıqlara əsaslanaraq yeni geniş gündəlik əsasında fəaliyyətlərini gücləndirməkdəqərarlıdır. Bu baxımdan İran dövlət başçısının səfəri yeni hədəf kursunu müəyyən edir.

Cənab Prezidentin mətbuata bəyanatında qeyd etdiyi kimi,bu səfər Azərbaycan-İran dostluq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır”.

Səfər çoxtərəfli əməkdaşlıq üçün münbit şəraiti təşviq edir, iqtisadi əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlərin icrasına zəmin yaradır. Nəqliyyat bağlantılarında qlobal tranzit körpüsü olan Şimal-Cənub dəhlizininin imkanlarının artırılması üçün əlavə stimulları səfərbər edir.

Səfər çərçivəsində imzalanmış Prezidentlərin Birgə Bəyanatı, Xarici İşlər Nazirlikləri arasında imzalanmış “2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, habelə Mədəniyyət Nazirlikləri arasında imzalanan “2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” ikitərəfli münasibətlərin yeni möhkəm arxitekturasını formalaşdırır.

Bir sözlə, məram və məqsəd birdir ‒ Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaq.İranın dövlət başçısının bəyan etdiyi kimi əlaqələri elə bir dərin etimad və hörmət prinsipləri üzərində zirvəyəçatdırmalıyıq ki, bu təmaslar Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün həqiqətən imkan və fürsətlərin gündəliyi çox genişdir. Xüsusilə də sürətlə dəyişən qlobal coğrafiyada yenilənən nəqliyyat-logistikaqovşaqlarında hər iki ölkənin strateji mövqe tutması, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri üzərində yerləşərək müasir kommunikasiya bağlantılarını əlaqələndirməsi geniş qapılar açır.

Tərəflər arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan-İran hökumətlərarası komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev təmaslarda daha yüksək nəticələr əldə etmək üçün iki ölkənin iş adamlarının üzərinə də böyük vəzifələr düşdüyünü xatırlatdı.

Prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi isə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə ciddi irəliləyişlərə nail olmaq üçün unikal platformalardan biridir.Biznes-forumda İrandan gələn 120-dən çox iş adamı Azərbaycandakı həmkarları ilə artıq yaxın mübadilələr apararaq real layihələr ərsəyə gətirəcək. İki ölkə arasındakı ticarət dövriyyəsini və qarşılıqlı sərmayə qoyuluşunu artırmaq, müştərək müəssisələrin yaradılmasını və digər təşəbbüsləri gerçəkləşdirmək üçün müxtəlif iqtisadi-institusional alətlərdən, vergi, tariflər, biznes sahəsindəki qanunvericilik və s. məsələlərin daha da aydınlaşdırılmasınəzərdə tutulur.

Azərbaycanın İranın sənaye və biznes cəmiyyətindən digər gözləntiləri azad edilmiş ərazilərdə icra olunan infrastruktur və biznes layihələrində təmsil olunması, “yaşıl enerji”ninistehsalı zəncirinə qoşulması, qlobal nəqliyyat bağlatılarınışaxələndirməsi ilə bağlıdır.

Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən layihənin böyük tranzit habına və Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin qoluna çevrilməsi əsas niyyətlərdən biridir. Bu dəhlizin bir qolu olan Araz çayı üzərindəki körpünün inşası demək olar ki, hazırdır və ilin sonuna qədər avtomobil körpüsünün istismara verilməsi gözlənilir. Növbəti hədəf isə dəmir yolu körpüsünün inşasıdır ki, Azərbaycan bu tranzit xəttini Zəngilan-Ağbənd istiqamətinə çatdırmaqda israrlıdır. Bir sözlə, Azərbaycan və İran arasındakı dostluq, qarşılıqlı siyasi iradə bu layihənin də icrasına dərin zəmin yaradır.

Beləliklə, Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafında irəliyə doğru addım olmaqla, siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək, gələcəyə xoş ümid və sağlam siyasi niyyətlərlə baxaraq, bütün sahələrdə birgə hərəkət etmək üçün yeni yol xəritəsi sayılmalıdır. Hər iki ölkə açıq bəyan etdikləri mesajlarla qurduqları möhkəmtəmasları daha da gücləndirməklə bağlı razılığa gəldi.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri