Icma.az
close
up
RU
Regional inkişaf strategiyasının böyük uğurları

Regional inkişaf strategiyasının böyük uğurları

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Son 22 ildə Azərbaycan nümunəvi inkişaf modeli yaratmağa müvəffəq olub və hazırda bu model bütün dünyada böyük maraqla izlənilir. Ölkəmiz stabil qaydada inkişaf edir, iqtisadi gücünü və gəlirlərini artırır. Bu da respublikanın real iqtisadi və siyasi müstəqqilliyini möhkəmləndirir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan regionun əsas aktoru qismində çıxış edir və dünyada orta güc dövləti kimi qəbul olunur.

Azərbaycanın ölkəni zirvələrə yüksəldən, əsas ümummilli məqsədlərinə çatmasını təmin edən, beynəlxalq səviyyədə nüfuzunu artıran nümunəvi inkişaf modelinin bir sıra səciyyəvi cəhətlərini sadalamaq mümkündür. Bunların sırasında 2004-cü ildən startı verilən və icrası ardıcıllıqla davam etdirlən regional inkişaf strategiyasının önəmini xüsusi qeyd etmək lazımdır.

Ölkə siyasətində bölgələrin inkişafı xüsusi yer tutur

Hazırda dünyanın bir sıra ölkələri paytaxt və digər iri şəhərlərlə regionlar arasındakı disbalansın yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Azərbaycan məhz Prezident İlham Əliyevin uzaqgörənliyi və strateji yanaşmaları sayəsində belə vəziyyətdən yan keçməyi bacaran ölkədir. İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə prezident seçkiləri marafonuna qatılanda vəd vermişdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə regional inkişafı diqqət mərkəzində saxlayacaq. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam edilməsini istəyən xalq Onun layiqli yetirməsi İlham Əliyevə etimad göstərdi. Prezident İlham Əliyev də vədinə sadiq qalmaqla regional inkişafı ölkə siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

Azərbaycanın regional inkişaf strategiyası konseptual əsaslarla reallaşdırılır. Belə ki, respublikamızda dövlətimizin başçısının müvafiq Fərmanları əsasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilib və onların uğurlu icrası təmin olunub. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, geniş əhatə dairəsinə malik olan bu proqramların necə böyük önəm daşıdığı barədə konkret təsəvvür yaranar. Beləliklə də, 22 il bundan əvvəl ölkəmizdə uğurlu bir ənənənin əsası qoyulub. Regional inkişafa dair ilk Dövlət Proqramı 2004 - 2008-ci iləri əhatə edirdi. Sonrakı mərhələdə isə 2009 - 2013, 2014 - 2018, 2019 - 2023-cü illəri əhatə etməklə daha üç Dövlət Proqramı qəbul olunub.

Ötən dövrdə bəhs olunan Dövlət proqramları respublikamızın inkişafının bir növ yol xəritəsini təşkil edib.  Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən bu proqramlar dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmun daşıyıblar. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Eyni zamanda, regional inkişaf proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri diqqət mərkəzində saxlanıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edib.

Regional inkişaf proqramlarının icra olunduğu müddətdə ölkədə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə yüksəlməklə ölkənin milli gücü əhəmiyyətli dərəcədə artıb. Bu gün respublikanın regionları da iqtisadi güc amili qismində çıxış edir. Ayrı-ayrı bölgələrdə sənaye məhəllələrinin, vahid istehsal zənciri formalaşdıran klasterlərin yaradılması mühüm hadisədir. Bununla Azərbaycanın yeni sənaye xəritəsi formalaşıb. Aqrar sektorda əmək tutumu böyük, gəlir imkanları geniş olan sahələr, o cümlədən bir vaxtlar tənəzzül dövrünü yaşayan pambıqçılıq, baramaçılıq, fındıqçılıq və digər sahələrdə ənənələr bərpa olunub. Dövlət proqramlarının icrası çərçivəsində regionlarda müasir yanaşmalar əsasında aqroparkların yaradılması məhsul istehsalının artımını təmin etməklə yanaşı Azərbaycanın müasir simasını səciyyələndirir. Belə iri təsərrüfatların yaradılması dövlət-özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. Bir neçə aqroparkın yaradılması təşəbbüsü özəl sektordan gəlib. Dövlət isə bu təşəbbüsləri dəstəkləyərək onların konkret layihələr çərçivəsində həyata vəsiqə almasına hərtərəfli şərait yaradıb. Prezident İlham Əliyev bu günlərdə Onun sədrliyi ilə  “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışında regional inkişaf proqramlarının önəminə diqqət çəkərək vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur”.

Böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğu

Son 22 ildə müstəqil Azərbaycanın qazandığı ən böyük uğurlardan biri bütün ölkə boyunca yüksək səviyyəli müasir infrastruktur quruculuğu ilə bağlıdır. Bəhs olunan dövrdə intensiv şəkildə reallaşdırılan irimiqyaslı layihələr hesabına hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri böyük iqtisadi və sosial önəm daşımaqla bundan sonra onilliklər boyu xalqımıza və dövlətimizə xidmət göstərəcək.

Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrin uğurlu icrası təmin olunur.

Ölkəmizdə infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Bu sahədə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir.

Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində qabarıq şəkildə nəzərə çarpır. Son 22 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.

Bəhs olunan dövrdə həyata keçirilən layihələr hesabına ölkə üzrə 15 şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşma səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırma səviyyəsi 90 faizi ötüb. Bu gün bütün respublika üzrə qazlaşmanın səviyyəsinin 96 faizə yüksəlməsi və  25 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edilməsi Azərbaycanın yüksək inkişaf səviyyəsinə çatmasının göstəricisidir. 

Həmçinin elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub, güclü potensial yaradılıb. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Respublikada açıq-aşkar enerji qıtlığı problemi yaşanırdı. O cümlədən də şəbəkə köhnəlmişdi və onun yükgötürmə qabiliyyəti hədsiz dərəcədə məhdud idi. Xüsusilə də küləkli, yağışlı havalarda iqtisadiyyatın və əhalinin enerji təminatında ciddi çətinliklər yaranırdı. Son 22 ildə isə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini əhəmiyyətli dərəcədə artırmağa nail olub. O cümlədən son beş ildə azad ərazilərdə yeni generasiya gücləri işə salınıb və proses davam etdirilir. Görülən işlərin nəticəsidir ki, respublikamız enerji təchizatı sahəsində tamamilə yeni mərhələyə qədəm qoyub. Hazırda ölkəmiz təqribən 10 min meqavata yaxın enerji gücünə malikdir ki, bu da kifayət qədər yüksək göstəricidir. Azərbaycanın qısa müddətdə elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilməsi böyük uğurdur. Dünya bazarlarında enerji resursları ilə bağlı problemlər fonunda görülən işlər Azərbaycanı böyük problemlərdən sığortalayıb. Həmçinin respublikamız bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Son 22 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Biznes qurumları bundan faydalanmaqla özlərinin fəaliyyət sferalarını genişləndirirlər. Eyni zamanda, müasir infrastruktur quruculuğu insanların həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərir. Yeri gəlmişkən, ötən dövrdə həm dövlət, həm də Heydər Əliyev Fondunun xətti ilə ölkə üzrə bilavasitə sosial təyinatlı infrastruktur obyektlərinin inşası da geniş vüsət alıb. Belə ki, 3500-dən çox məktəb, 550-dən artıq səhiyyə müəssisəsi, 50-yə yaxın idman kompleksi tikilərək istifadəyə verilib. Yeni layihələrin icrası da gündəmdədir.

Müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına kompleks yanaşma

Ölkəmizdə nəqliyyat-logistika infratrukturunun yenilənməsi də məmnunluq doğurur. Respublikamızda 2004-cü ildən başlayaraq nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib. Respublikamızda məqsədyönlü şəkildə həyata keçirilən müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyunca avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Bütövlükdə, ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində 20 min kilometrdən çox avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Bura həmçinin yüzlərlə körpünü, tunelləri, yerüstü və yeraltı piyada keçidlərini də əlavə etmək mümkündür.

Respublikamızda dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb.  Bu gün Azərbaycan Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Burada əlamətdar məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxarmağı bacarıb. Qara dənizdə daşımalar həyata keçirmək üçün üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sularda Azərbaycan bayrağı altında üzən gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.

Bu gün artan geosiyasi gərginliklər və digər səbəblərə görə dövlətlər arasında ənənəvi təchizat zənciri qırılıb. Bir sıra hallarda istehsalçı ölkələr öz məhsullarının satışını da siyasi təzyiq vasitəsinə çevririrlər. Bu, dəniz nəqliyyatı donanmalarının təchizatına da aiddir. Azərbaycan bu sahədə də Prezident İlham Əliyevin zamanında nümayiş etdirdiyi strateji baxışları, siyasi qətiyyəti sayəsində qabaqlayıcı tədbirlər görməyə nail olub. Söhbət ölkəmizdə gəmiqayırma zavodunun yaradılmasından gedir. Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı  modernləşib. Müvafiq Dövlət Proqramının icrası çərçivəsində çoxsaylı layihələr reallaşdırılıb.  Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km. yol əsaslı təmir olunub. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilir. Bu sırada uzunluğu 140,6 km. olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisini xüsusi qeyd edə bilərik.  Bundan başqa, Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm işlər görülüb və yeni layihələr də gündəmdədir.

Həmçinin respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Füzulidə, Zəngilanda və Laçında olmaqla daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb.

Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu yaradılmasında qazandığıı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Beynəlxalq Nəqliyyat Forumunun (BNF) son dəyərləndirməsi buna əyani misaldır. Qurum nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri