Regional Təhsil İdarəsi Goranboyda 9 cu sinif şagirdinin qaçırılması iddialarına münasibət bildirib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.
Bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
23:07
Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.
Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Mart 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















