Icma.az
close
up
RU
“Regionda Azərbaycansız görülmək istənilən heç bir iş fayda gətirməz”

“Regionda Azərbaycansız görülmək istənilən heç bir iş fayda gətirməz”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü qardaş və dost dövlət başçılarının sıradan bir toplantısı deyildir. Toplantının gedişi və yekunu iki böyük məsələ ilə siyasət, diplomatiya tarixə keçərək gələcəyə yol göstərir. Birincisi, Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın qurduğu Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq xarakteri daşıdığını bir daha təsdiqləyir, onların vahid tarixi, mədəni və geosiyasi məkan olduğunu sübut edir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib. 

Onun sözlərinə görə, bu, əvvəlki tarixi dövrlərdə xəyala gəlməyən, son onilliklərdə başladılan böyük geosiyasi dəyişikliklərin uğurla davam etdirilməsi, dünya siyasətində yeni konfiqurasiyanın formalaşmasıdır:

“Artıq dünya nəhəngi və ya nəhəngləri beş deyil, altı dövlətlə bir masa arxasında oturub müzakirə aparmalı olacaqlar. Əlverişli coğrafi-siyasi mövqeləri, zəngin təbii sərvətləri, çalışqan, gənc və artan demoqrafik göstəricisi olan bu altı ölkənin əhalisinin ümumi sayı təxminən 100 milyon nəfərə yaxın, ərazisi isə təxminən 4,09 milyon km²-dir. Azərbaycanın bərabərhüquqlu iştirakçı olaraq qəbul edilməsi Prezident İlham Əliyevin dünya siyasətində Azərbaycanın rolunu artırmasının konkret təzahürüdür”. 

O, bildirib ki, regionda Azərbaycansız görülmək istənilən heç bir iş fayda gətirməz:

“İkincisi, görüşdə cənab Prezidentimiz İlham Əliyevin nitqindəki fikirləridir. Həcmcə kiçik olsa da, məzmunca geniş, mahiyyətcə dərin olan nitqində ölkə rəhbərimiz həm ikitərəfli Azərbaycan – Özbəkistan münasibətlərinə qiymət verdi, həm islam dini dəyərlərinin əleyhinə olan fəaliyyətlərə qəti mövqeyini bildirdi, həm də Azərbaycan – Mərkəzi Asiya dövlətlərinin münasibətlərini dəqiq təhlil edərək gələcək əməkdaşlığın perspektivlərini və görüləcək işləri vurğuladı. İlk növbədə, dövlət başçımızın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında güclü beynəlxalq nüfuzun, səmərəli iqtisadi islahatların, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən irimiqyaslı layihələrin Özbəkistanı regionda lider mövqeyə yüksəltdiyini, idman dövlətləri sırasında yer tutduğunu, Azərbaycanla əməkdaşlıqda müstəsna rol oynadığını qeyd etməsi qardaşın inkişafına sevinməkdir. 

O, deyib ki, bu dövlətlərdən birinin uğuru hamısının birgə uğurudur:

“Nitqdə qardaş ölkənin rəhbərinin təşəbbüsü ilə Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin qurulmasının zəngin mədəni irsə sadiq qalmağın daha bir nümunəsi kimi qeyd edilməsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin bütün beynəlxalq görüşlərdə mənəvi-ruhani köklərimizə, dəyərlərimizə sıx bağlılığını və dərin ehtiramını sübut edir. Dövlət başçımızın dünyada islam əleyhinə olan meyillərə cavab olaraq dediyi “İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək” fikirləri həm həmin qüvvələrə tutarlı bir cavabdır, həm də müsəlman xalqlarına elm, təhsil, mədəniyyətin inkişafı istiqamətində, zamanla ayaqlaşmaqda yol göstərir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığının, çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəyliyin birləşdiyinin, bu əlaqələrin qorunub saxlandığının, onlara müttəfiqlik, strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika verilməsinin nitqdə deyilməsi indiyədək yürüdülən siyasətin uğurlu nəticəsinin bəyan edilməsidir”. 

M.Qasımlının sözlərinə görə, bu, dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin böyük rol oynadığını göstərir:

“Həmin münasibətlərin möhkəm hüquq-müqavilə bazası formalaşıb. Fərqli coğrafiyalarda yerləşsə də, qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya dövlətləri və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevriliblər. Bu ölkələr təkcə ikitərəfli deyil, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ortaq mövqe işləyib hazırlayırlar. Dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsində Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirməsi, konkret olaraq özbək qardaşlarımızın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbi, qazax qardaşlarımızın Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini, qırğız qardaşlarımızın Ağdamda Manas məktəbini tikib hədiyyə etmələrini, türkmən qardaşlarımızın Füzulidə məscidin təməlini qoymalarını xatırlaması təkcə qardaş köməyinə görə minnətdarlıq hissi deyil, eyni zamanda qardaşlığın və həmrəyliyin nümunəsi kimi gələcək nəsillərə də örnəkdir. Qardaşların sevinci də, kədəri də, taleyi də ortaqdır. Nitqdə Azərbaycanın və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd, qovşaq və körpü olduğunun vurğulanması həm tarixin ənginliklərindən keçib gələn hadisə və proseslərdə bu qardaş, dost ölkələrin mühüm rol oynadığını göstərir, həm də indi və bundan sonra həmin dövlətlərə və millətlərə başqa cür baxmaq xəyalında olanlara bir işarədir. Dünyanın ürəyi hesab edilən Avrasiyanın əzəli xalqları, minilliklər boyu tarixi, etno-mədəni torpaqlarında hakim olan türklərlə, Mərkəzi Asiya dövlətləri ilə bərabərhüquqlu davranmadan heç bir ölkə niyyətlərinə çatmaz. Avrasiyanın ürəyinə sahib olan bütün dünyaya hakimdir. Ölkə rəhbərimizin Orta Dəhlizin inkişafının Mərkəzi Asiya dövlətləri üçün strateji əhəmiyyət kəsb etdiyini deməsi konkret hədəfin bəyan olunmasıdır. Bu, həmin ölkələrin təkcə yüklərinin etibarlı beynəlxalq nəqliyyat qovşağına çevrilən qardaş Azərbaycandan təhlükəsiz keçərək ticarət-iqtisadi maraqlarının rahat təmin edilməsi, münasibətlərin maddi təməllərinin möhkəmləndirilməsi deyil, eyni zamanda həmin ölkələrə müəyyən tərəfdən və ya tərəflərdən  təzyiqlərin azaldılması, dövlət müstəqilliklərinin möhkəmləndirilməsinə, sarsılmaz və əbədi olmasına kömək deməkdir. Bu işdə Ələt Beynəlxalq Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər müstəsna rol oynayır. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas arteriyasına çevrilərək Mərkəzi Asiya dövlətlərini Avropaya bağlayacaq və Naxçıvan dünyanın vacib nəqliyyat qovşağına çevriləcəkdir. Azərbaycanın birləşdirici güc olduğu bu region yeniliklərin astanasındadır. Gücümüz birliyimizdədir!”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri