Regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqik ABŞ səfiri
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" platformasındakı paylaşımında bildirilib.
Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.
"Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd edilib.
![see](https://icma.az/template/assets/see.png)