Icma.az
close
up
RU
Regionda geosiyasi gərginlik artıb ŞƏRH

Regionda geosiyasi gərginlik artıb ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənar müdaxilələr təhlükə yaradır


Mütəllim Rəhimov: ““3+3” platforması Cənubi Qafqazda sabitliyin açarıdır”


"Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir". Bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib. Şahin Mustafayev bildirib ki, bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır: "Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır. Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununla yanaşı investisiya layihələrinin reallaşdırılması üçün davamlı olaraq əlverişli şəraitin yaradılması məqsədilə iş aparılmalıdır. Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüş formatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb". 

Baş nazirin müavini xatırladıb ki, həmin təşəbbüsə əsasən 2016-cı il 8 avqust tarixində Bakı şəhərində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin birinci Zirvə toplantısı keçirilib: “Daha sonra isə 2017-ci ilin noyabrın 1-də Tehran şəhərində ikinci Zirvə toplantısı baş tutub. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu var. Zirvə toplantıları ilə yanaşı, ölkələrimiz arasında 2022-ci ildə Bakı şəhərində Azərbaycan, Rusiya baş nazirlərinin müavinləri və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə görüş keçirilib. Eyni zamanda, ölkələrimiz arasında üçtərəfli formatda görüşlərin keçirilməsi iqtisadi-ticari, nəqliyyat-logistika, energetika və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır".

Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin də deyib ki, Moskva "3+3" regional məşvərət platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna qədər keçirilməsini dəstəkləyir: "Həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir iclasa ev sahibliyi etməyə hazırdır, onlar növbəlilik qaydasını razılaşdırmalıdır, biz də bu istiqamətdə hər cür köməklik edirik". Səfirin sözlərinə görə, bu platformanın Türkiyə və İran tərəfi ilə əlaqə saxlayan bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı formatdır və regional problemlərin həllində region dövlətlərinin özləri mühüm rol oynamalıdır: "Bu, bizim prinsipial mövqeyimizdir. Əlbəttə ki, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu iştirak reallıqların və regional oyunçuların maraqlarının başa düşülməsi üzərində qurulmalıdır".


Ədalət Partiyasının sədri Mütəllim Rəhimov "Sherg.az"a bildirib ki, regionda sabitliyin yaranması və bölgə dövlətləri arasında əlaqələrin inkişafı baxımından "3+3" platforması olduqca əhəmiyyətlidir. Partiya rəhbərinin sözlərinə görə, bu, həm iqtisadi əlaqələri, eyni zamanda siyasi münasibətləri tənzimləmək gücündə olan bir platformadır: 

"Azərbaycan əvvəldən bu platformaya önəm verir, onun bütün iclaslarında iştirak edir. İndiki halda biz kənar güclərin regiona müdaxiləsinin hər zaman təlatümlər yaratdığını müşahidə etmişik. "3+3"formatı kənar müdaxilələrin ortadan qaldırılmasına xidmət edir. Cənubi Qafqaz regionuna böyük xarici təzyiqlər var. Bu məkan uğrunda geosiyasi savaşların getdiyini də biz qeyd edə bilərik. Bu baxımdan 6 dövlətin prosesdə birbaşa özlərinin iştirakı olduqca təqdirəlayiq olar. Bəs "3+3" formatının görüşü harada keçirilə bilər? Gürcüstan "altılıq" formatına o qədər isti münasibət bəsləməyib. Amma son zamanlar Gürcüstanda bu istiqamətdə müəyyən tərpənişin olduğunu qeyd edə bilərik. Azərbaycan və Ermənistan sülh prosesi davam edir. Ermənistan təhlükəsizlik xidmətinin rəhbərinin Bakıda iclasa qatılmasından başqa qarşılıqlı səfərlər barədə nümunə yoxdur. Yəni psixoloji məsələləri də nəzərə almaq lazımdır. Məncə, ilk növbədə tədbirlərin neytral dövlətlərdə keçirilməsi daha məqsədəuyğun olar. Tədricən, münaqişəli vəziyyətdən çıxmaq istəyən ölkələrdə də "3+3" formatının növbəti tədbirləri keçirilə bilər. Azərbaycan daha öncə Ermənistan baş nazirini Bakıya səfərə dəvət etmiş, Paşinyan isə bundan imtina etmişdi. Ermənistanda daxili vəziyyət də gərgindir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri