Regionda kartofun ən baha və ən ucuz satıldığı şəhərlər Siyahı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Hazırda region ölkələri arasında kartof ən yüksək qiymətə Rusiyada satılır.
Yeniavaz.com məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, region ölkələri arasında kartof ən aşağı qiymətə Belarusda satılır.
Rusiyanın paytaxtı Moskvada marketlərdə satılan kartofun 1 kiloqramının orta qiyməti 1 dollar 1 sent (1 manat 72 qəpik), Sankt-Peterburq şəhərində isə 87 sent (1 manat 48 qəpik) təşkil edib.
Kartofun ən ucuz olduğu şəhər isə Belarusun paytaxtı Minsk olub. Bu şəhərdə kartofun 1 kiloqramının orta qiyməti 45 sent (76 qəpik) olub.
Portalın məlumatına görə, paytaxt Bakının marketlərində satılan kartofun orta satış qiyməti isə 81 sent (1 manat 38 qəpik) olub.
Region ölkələrinin müxtəlif şəhərlərində kartofun 1 kiloqramının orta qiyməti belədir:
Moskva (Rusiya) – 1,01 dollar;
Sankt-Peterburq (Rusiya) – 0,87 dollar;
Bakı (Azərbaycan) – 0,81 dollar;
Kiyev (Ukrayna) – 0,81 dollar;
İrəvan (Ermənistan) – 0,80 dollar;
Kişinyov (Moldova) – 0,79 dollar;
İstanbul (Türkiyə) – 0,74 dollar;
Antalya (Türkiyə) – 0,70 dollar;
Ankara (Türkiyə) – 0,69 dollar;
Tbilisi (Gürcüstan) – 0,68 dollar ;
Kazan (Rusiya) – 0,67 dollar;
Almatı (Qazaxıstan) – 0,60 dollar;
Astana (Qazaxıstan) – 0,57 dollar;
Bişkek (Qırğızıstan) – 0,57 dollar;
Batumi (Gürcüstan) – 0,54 dollar;
Tehran (İran) – 0,53 dollar;
Daşkənd (Özbəkistan) – 0,49 dollar;
Minsk (Belarus) – 0,45 dollar.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dünyada və regionda mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr Siyahı
24 Dekabr 2025 17:00
Dünyada yumurtanın ən baha və ən ucuz satıldığı ölkələr Siyahı
07 Dekabr 2024 19:52
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr Siyahı
19 Oktyabr 2025 12:37
Filmlərdə ən çox adı çəkilən şəhərlər Siyahı
27 Yanvar 2025 12:00
Dünyada mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr Siyahı
06 Dekabr 2024 23:20
Baxış sayı:118
Bu xəbər 11 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















