Icma.az
close
up
RU
Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı Gizli detallar

Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı Gizli detallar

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, iyulun 25-də İstanbulda İran və “Avropa üçlüyü”nün nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edib. Tərəflər dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılaşıb. Maraqlıdır ki, danışıqlarla bağlı hələ də hər hansı bəyanat səsləndirilməyib. Görüş səssiz-sədasız yekunlaşıb.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, sözügedən görüş kifayət qədər taleyüklü məsələ idi:

Avropa rəsmiləri İrana təkcə jest üçün deyil, böhranın qarşısını almaq üçün son bir fürsətlə gəldilər. Mesaj aydın idi: nüvə fəaliyyətinizi məhdudlaşdırın, əks halda yeni sanksiyalara hazır olun. Bu, İranın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatını daha da zəiflədə və ən təhlükəlisi, regionda hərbi eskalasiyanı tətikləyə bilər. Ümumiyyətlə, Tehran çox təhlükəli bir ip üzərində yeriyir. Uranın zənginləşdirmə səviyyəsi artıq silah istehsalına yaxınlaşır. İran hələ də bunun yalnız mülki enerji məqsədli olduğunu iddia edir. Lakin artıq nə Vaşinqtonda, nə Təl-Əvivdə, nə də Brüsseldə bu sözlərə inanan qalıb. Avropa güclərinin bu diplomatik səfəri 2018-ci ildən sonrakı xaosa qayıdışın qarşısını almaq üçün son cəhddir. Amma 2025-ci ildə risklər əvvəlki illərlə müqayisədə daha yüksəkdir”.

Rüstəm Tağızadə

Ekspert bildirib ki, vəziyyəti daha da gərginləşdirən İsrailin mövqeyidir:

Həmçinin oxuyun:

Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar

“Böyük ehtimalla İsrail kəşfiyyatı bu görüşləri real vaxtda izləyir. Təl-Əviv üçün diplomatiya faydalı görünə bilər, lakin gecikmə təhlükəlidir. Baş nazir Benyamin Netanyahu, koalisiyadakı sərt xətt tərəfdarlarının təzyiqi altında dəfələrlə “hərbi variant masadadır” bəyanatını verib. Bu dəfə əvvəlki illərdən fərqli olaraq, həm texnoloji imkanlar, həm də siyasi iradə mövcuddur. İsrailin İranın nüvə obyektlərinə qarşı hava zərbəsi və ya Stuxnet tipli bir kiberhücum həyata keçirməsi təkcə mümkün deyil, həm də çox real ehtimaldır. Tehran isə cavabsız qalmayacaq. Lakin bu, birbaşa İsrail torpağına deyil, daha çox regional proksilər vasitəsilə veriləcək: Livanda “Hizbullah”, Suriyada və İraqda şiə milisləri, hətta Yəməndə husilər bu oyunda rol oynaya bilər. Bununla zəncirvari reaksiyanın yaranması mümkündür. Lokal zərbə regionda genişlənən bir münaqişəyə çevrilə, ABŞ-ın Körfəzdəki bazalarını cəlb edə və neft nəqlinə təsir göstərərək qlobal bazarları silkələyə bilər”.

R.Tağızadə qeyd edib ki, Avropa İttifaqı (Aİ) iki od arasında qalıb:

“Bir tərəfdən hərbi eskalasiyanın qarşısını almağa çalışırlar, digər tərəfdən nüvə silahlarının yayılmasının qarşısının alınmasında zəif görünmək istəmirlər. Əgər İran danışıqları tərk edərsə, Brüssel istəməsə belə, yeni sanksiyalara dəstək vermək məcburiyyətində qala bilər. Lakin Avropa ölkələri danışıqlar qapısını açıq saxlamağa çalışacaqlar. Bəlkə də zənginləşdirmənin dondurulması müqabilində qismən sanksiya yumşaldılması təklif ediləcək. Bu, İsraili tam razı salmayacaq, lakin vaxt qazandıra bilər”.

Politoloqun fikrincə, İran üçün bu, yüksək riskli bir “poker oyunu”dur:

“Ali dini lider Əli Xamenei yaxşı anlayır ki, hər hansı bir İsrail hücumu daxildəki rejim sabitliyini təhlükə altına ata, Qərbə qarşı zəif görünmək ölkədəki sərt mövqeli hakimiyyətin legitimliyinə zərbə vura bilər. Qısamüddətli dövrdə daha çox “səssiz diplomatiya” gözlənilir. Qətər, Oman və bəlkə də Türkiyə kimi ölkələr pərdəarxası vasitəçilik rolunu oynayacaqlar. Lakin əgər payıza qədər irəliləyiş əldə olunmasa, hərbi toqquşma riski kəskin artacaq. Əgər danışıqlar uğursuzluqla nəticələnərsə, ABŞ-da seçki kampaniyaları başlamazdan öncə, yəni payızın əvvəlində , İsrail tərəfindən gizli, hədəfli bir əməliyyat həyata keçirilə bilər. Məqsəd İranın nüvə proqramını ləngitmək, lakin genişmiqyaslı müharibə riskindən yayınmaq olacaq. Hələlik dünya nəfəsini tutub gözləyir. Kartlar Tehranın əlindədir. Amma mümkündür ki, İsrail artıq oyun qaydalarını dəyişib”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri