Icma.az
close
up
RU
Regionda yeni müharibə başlaya bilər: Qondarma rejimdə aktivlik KONKRET

Regionda yeni müharibə başlaya bilər: Qondarma rejimdə aktivlik KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Abxaziya ətrafında cərəyan edən son proseslər diqqət çəkir. Belə ki, Rusiya ilə mübahisəli investisiya sazişindən sonra qondarma “qurum”da aksiyalar başladı. Aksiya iştirakçıları “hökumət binalarını” tam ələ keçirdi. “Prezident” Aslan Bjaniya əvvəlcə doğulduğu kəndə – Tamışa sığındı, bir neçə gün sonra isə istefa verdi.

KONKRET.az xəbər verir ki, proseslərin diqqətçəkən tərəfi bütün bunların Gürcüstandakı parlament seçkiləri fonunda baş verməsidir. Düzdür, Abxaziyada seçkiöncəsi də vəziyyət gərgin idi, amma bu həddə deyildi. Aksiya iştirakçılarının “hökumət binalarını” tam ələ keçirməsi, “Prezident” Aslan Bjaniyanın istefa verməsi vəziyyətin qəlizliyindən xəbər verir.

Abxaziyada üç fikir və bu fikirlər ətrafında formalaşan qrup var:

1. Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər;

2. Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər;

3. Abxaziyanın öz müqəddəratını təyin edib müstəqil olmasını düşünənlər.

İkinci düşüncədə olanlar, yəni Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər azlıq təşkil edir. Bunun ən böyük səbəbi isə abxazların əksəriyyətinin Gürcüstan tərəfindən etnik diskriminasiyaya məruz qaldığını düşünməsidir.

Keçmiş gürcü siyasətçilərin yanlış daxili siyasəti bu düşüncəni ildən-ilə radikallaşdırıb. 2008-ci il olaylarından bu günə qədər isə Abxaziya faktiki olaraq müstəqil dövlət kimi hərəkət edir.

Bu gün Abxaziyadakı daxili çəkişmə Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər ilə müstəqil olmasını istəyənlər arasında gedir. “Prezident” Aslan Bjaniya da Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını istəyən qrupa mənsub idi. Əgər Rusiya ilə mübahisəli investisiya sazişi alınsaydı, proses sürətlənə bilərdi.

Abxaziyadakı olayların indiki məqamda Gürcüstandakı seçkilərin nəticəsi ilə əlaqəsi isə xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Gürcüstan qərbmeyilli siyasət yeritdiyi vaxtda Qərb Tbilisini Abxaziya və Cənubi Osetiya məsələsində dəstəkləyib. Düzdür, bu dəstək sözlü olsa da, abxazların müqəddəratı məsələsi heç vaxt müzakirə predmeti olmayıb. Lakin Gürcü Arzusunun Qərblə arasında məsafə qoyması, Kremllə normallaşmaqda maraqlı görünməsi prosesləri dəyişə bilər. Yəni Əgər Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırsa, Qərb buna cavab kimi Abxaziyanın müqəddəratını təyin etməsi məsələsində aktivləşə bilər. Nəzərə alaq ki, rusmeyilli Aslan Bjaniya da istefa verib ,yeni “prezident”in kimliyi hələlik bəlli deyil.

Gürcüstanda seçkisonrası vəziyyət gərgin olaraq qalır. Müxalifət hələ də aksiyalar təşkil edir. Belə bir məqamda hakim Gürcü Arzusu Partiyasının diqqəti çətin ki, Abxaziyada olsun. Abxazlar bu vəziyyətdən istifadə edib Qərblə təmas qura bilər. Çünki abxazlar Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Kremlin Abxaziyanı Tbilisiyə güzəştə gedəcəyini düşünür. Hətta Gürcüstanın burada antiterror əməliyyatlarına başlaması da istisna edilmir.

Müəllif: Politoloq Turan Rzayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri