Regiondakı hotellərin gecəsi 3 4 min manata yüksəlib Səbəb nədir?
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanın regionlarında yerləşən hotellərdə qiymətlər kəskin bahalaşıb.
Belə ki, Qusar və Qəbələ istiqamətində fəaliyyət göstərən dağ-otel komplekslərində 1–2 yanvar tarixləri üçün qiymətlərin adi günlərlə müqayisədə bir neçə dəfə bahalaşdığı müşahidə olunur.
Məsələn, Qusar rayonunda yerləşən hotellər arasında ən yüksək qiymət "Pik Palace" və "Shahdag" otelində qeydə alınıb. Belə ki, 30–31 dekabr tarixləri üçün bu hoteldə gecəlik qiymət 1320 manat olduğu halda, 1–2 yanvar tarixlərində qiymət 4342 manata yüksəlir. "Park Chalet", "Shahdag" otelində isə həmin tarixlər üzrə qiymətlər müvafiq olaraq 700 manat və 3550 manat təşkil edir. "Shahdag Hotel & Spa" və "Shahdag Mountain House" hotellərində isə göstərilən tarixlər üçün qiymətlər təqdim edilməyib.

Qəbələ rayonunda yerləşən hotellərdə də oxşar tendensiya müşahidə olunur. "Qafqaz Riverside Hotel"də 30–31 dekabr üçün qiymət 335 manat, 1–2 yanvar üçün isə 445 manatdır. "Qafqaz Karvansaray Hotel"də hər iki tarix üzrə qiymət 370 manat olaraq qalır. "Qafqaz Tufandağ Resort" hotellərində isə qiymətlər kəskin fərqlənir: 30–31 dekabr üçün 477 manat, 1–2 yanvar tarixlərində isə 3900 manat. "Chenot Palace Gabala" hotelində isə qiymət göstərilməyib.

Quba rayonunda yerləşən hotellərdə nisbətən daha münasib qiymətlər təklif olunur. "Quba Palace Hotel & Golf Resort"da 30–31 dekabr üçün qiymət 255 manat, "Arena Grand Hotel"də 160 manat, "Cardinal Hotel Quba"da isə 144 manat təşkil edir. Bu hotellərdə 1–2 yanvar tarixləri üçün qiymətlər açıqlanmayıb.
Qeyd edək ki, hotellərdə qiymət artımı əsasən Yeni il proqramları, əyləncə tədbirləri və yüksək tələbatla əlaqələndirilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















