Regionlar üzrə “rəqabət xəritəsi” hazırlanacaq
Icma.az, Banco.az saytına istinadən bildirir.
Azərbaycanda ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirməyə imkan verən göstəricilər sistemi yaradılacaq və bunun əsasında “rəqabət xəritəsi” hazırlanacaq.
Banco.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Sənədə əsasən, tədbir 2027–2029-cu illərdə həyata keçiriləcək. İlk mərhələdə rəqabətin inkişaf səviyyəsini ölçmək üçün istifadə ediləcək göstəricilər sisteminin metodoloji çərçivəsi, əhatə dairəsi və məlumat mənbələri müəyyən ediləcək.
Növbəti mərhələdə müvafiq məlumatlar toplanaraq təhlil olunacaq, göstəricilər hesablanacaq və onların sınaq qiymətləndirilməsi aparılacaq.
Yekunda isə Azərbaycan üzrə, o cümlədən regionlar üzrə rəqabətin inkişaf səviyyəsini əks etdirən xəritə hazırlanaraq istifadəyə veriləcək. Milli Fəaliyyət Planında bu xəritənin dövri yenilənməsinin təmin edilməsi də hədəflər sırasında göstərilib.
Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları da prosesə cəlb ediləcək.
Sənəddə qeyd olunur ki, göstəricilər sisteminin yaradılması ölkədə və ayrı-ayrı regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 12 Sentyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















