Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Regionlara köçürüləcək, Bakıda qalacaq UNİVERSİTETLƏR

Regionlara köçürüləcək, Bakıda qalacaq UNİVERSİTETLƏR

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Universitetlərin bölgələrə köçürülməsi məsələsi həm iqtisadi, həm də sosial-akademik baxımdan ciddi strateji qərardır. Bir çox ölkələrdə böyük şəhərlərin yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün universitetlərin yerləşməsi yenidən optimallaşdırılır. Burada həm ümumi yanaşma, həm də mümkün universitet-region istiqamətləri mövcuddur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu universitetlərin bölgələrə köçürülməsi ilə bağlı danışarkən bildirdi.

Müsahibimizin fikrincə, tətbiqi araşdırma və yüksək texnologiyalar yönümlü universitetlər qalmalıdır:

"Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti - bu universitetlərin tədqiqat infrastrukturu, laboratoriyaları və sənaye ilə inteqrasiya imkanları Bakıda daha güclüdür. Eləcə də sənaye və dövlət qurumları ilə bağlı olan universitetlər - ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi hökumət, beynəlxalq təşkilatlar və biznes mərkəzlərinə yaxınlıq baxımından paytaxtda daha effektiv fəaliyyət göstərir".

Həmçinin ekspert vurğuladı ki, köçürülməsi daha məqsədəuyğun olan universitetlər tələbə sayı çox yüksək olmayan, tədqiqat laboratoriyalarından asılılığı az olan, sosial-humanitar ixtisasların üstünlük təşkil etdiyi və regionların iqtisadi profili ilə uyğunlaşan ali məktəblərdir:

"Mədəniyyət və incəsənət yönümlü ali məktəblər: Məsələn, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Qəbələ və ya Şəki mədəniyyət festivalları, turizm potensialı və tarixi irs baxımından daha uyğun hesab olunur. Kənd təsərrüfatı, ekologiya və aqrar istiqamətli ixtisaslar: Azərbaycan Dövlət Aqrar Universiteti hazırda Gəncə şəhərində fəaliyyət göstərir və yerində qalması doğru qərardır. Aqrar ixtisasları olan digər fakültələrin Ağstafa, Şəmkir, Tovuz kimi aqrar zonalarda yerləşdirilməsi səmərəli olar. Pedaqoji yönümlü fakültələr: Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültələri regionlarda yerləşdirilə bilər. Turizm və xidmət sahəsi: Azərbaycan Turizm və Menecment Universitetinin Qəbələ, Qusar və Lənkəran kimi turizm potensialı yüksək bölgələrə köçürülməsi daha məqsədəuyğun hesab olunur.

Gəncə artıq aqrar, texniki və humanitar ali təhsil mərkəzinə çevrilir. Texniki və mühəndislik yönümlü ixtisasların burada gücləndirilməsi məqsədəuyğundur. Sumqayıt sənaye şəhəri olduğu üçün polimer, kimya, energetika və mühəndislik ixtisaslarının yerləşdirilməsi səmərə verə bilər. Şəki-Qəbələ zonası mədəniyyət, turizm, incəsənət və dizayn fakültələri üçün ideal sayılır. Lənkəran kənd təsərrüfatı (çayçılıq, sitrus bitkiləri), təbiət elmləri, ekologiya və turizm sahələri üçün uyğun bölgədir. Quba-Qusar bölgəsində İT parkları və turizm potensialını birləşdirərək proqramlaşdırma və turizm təhsili üzrə mərkəz formalaşdırmaq mümkündür. Ümumiyyətlə, universitetlərin regionlara yayılması bir sıra üstünlüklər yaradır. Bu addım Bakıda sıxlığı azaldır, nəqliyyat, yataqxana və mənzil problemlərini yüngülləşdirir. Regionlarda iqtisadi aktivlik artır, tələbə axını xidmət sektorunun inkişafına təkan verir. Eyni zamanda, universitetlərin ixtisaslaşması üçün şərait yaranır, təhsilin keyfiyyəti yüksəlir və resursların daha balanslı bölgüsü təmin olunur".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri