Icma.az
close
up
RU
Regionlarda muzeylər AZDIR STATİSTİKA

Regionlarda muzeylər AZDIR STATİSTİKA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Muzeylər hər bir ölkənin tarixini, mədəniyyətini və kimliyini yaşadan mühüm məkanlardır. Onlar təkcə keçmişi qorumaq üçün deyil, həm də gələcək nəsillərə bilik ötürmək və turistləri cəlb etmək üçün vacib rol oynayır.

Lakin Azərbaycanda muzeylərin bölgələr üzrə qeyri-bərabər paylanması bu imkanları məhdudlaşdırır.

Paytaxt Bakıda ölkə üzrə muzeylərin yarıdan çoxu cəmləşdiyi halda, bəzi rayonlarda cəmi bir-iki muzey fəaliyyət göstərir.  Bu, həmin bölgələrin həm mədəni irsinin lazımi səviyyədə təbliğ olunmasına, həm də turizm potensialının tam istifadəsinə mane olur. Halbuki, muzeylər təkcə eksponatlar toplusu deyil, həm də o regionun tarixi və adət-ənənələrinin canlı şahidləridir. Onlar unudulmaq təhlükəsi ilə üzləşən mədəni irsi qoruyur, yerli icmaların öz kimliyini tanımasına imkan yaradır. Regionlarda daha çox muzeyin olması, onların maraqlı ekspozisiyalar və müasir yanaşmalarla inkişaf etdirilməsi turist axınını artırmaqla yanaşı, həm də həmin bölgələrin öz mədəni kimliyini qoruyub gələcək nəsillərə ötürməsinə şərait yaradar.

Ölkəmizdə ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. İlk muzey Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Tarix muzeyi adı ilə də tanınan Tağıyevin ev muzeyidir. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən ölkəmizdə 2023-cü ildə ümumilikdə 243 muzey fəaliyyət göstərirdi. Mədəniyyət Nazirliyindən aldığımız məlumata əsasən isə hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.

Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

Ölkədə ən çox muzey paytaxtın üzərinə düşür, belə ki, Bakıda ümumilikdə 37 muzey fəaliyyət göstərir. Digər regionlarda isə vəziyyət bir o qədər ürəkaçan deyil. Bakıdan sonra ən çox muzey olan rayon Şəkidir, burada cəmi 8 muzey var, əhalisinə görə ən böyük üçüncü şəhər Gəncədə 7, mədəniyyət paytaxtı Şuşada isə 6 muzey var. Əhalisinə görə ən böyük ikinci şəhər Sumqayıtda 2, Mingəçevirdə 3 muzey, Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Qobustanda isə sadəcə 1 muzey mövcuddur. 

Ölkəmizdə 1 muzeyin olduğu rayonlarımızın sayı Qobustanla kifayətlənmir. Belə ki, Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Gədəbəy, Samux, Tərtər, Saatlı və Siyəzəndə də cəmi 1 muzey fəaliyyət göstərir.  
Son statistikalara görə il ərzində ölkəmizdə fəaliyyət göstərən muzeylərə yerli və xarici olmaqla 656 634 ziyarətçi gəlib. Onu da qeyd edək ki, regionlarda fəaliyyət göstərən muzeylərə maraq daha çox olub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən muzeyləri 265 896 nəfər, regionlarda fəaliyyət göstərən muzeyləri isə 390 738 nəfər ziyarət edib.
Müşahidələr onu deməyə əsas verir ki, muzeylər tarix və mədəniyyətin qorunub saxlanılması üçün mühüm mərkəzlərdir. Azərbaycanda regionlara turist axınının daha çox olduğu nəzərə alınsa da, bu bölgələrdə muzeylərin sayı xeyli məhduddur. Qobustan kimi tarixi əhəmiyyətə malik bir ərazidə yalnız bir muzeyin olması, Şəki və Şuşa kimi mədəniyyət beşiklərində muzey sayının yetərincə olmaması bu sahədə atılmalı olan addımların vacibliyini göstərir. Statistika göstərir ki, region muzeylərinə maraq paytaxtdakılardan daha çoxdur. Lakin marağın olması yetərli deyil – bu potensialın reallığa çevrilməsi üçün regionlarda muzey infrastrukturunun genişləndirilməsinə, yeni muzeylərin yaradılmasına və mövcud olanların daha da modernləşdirilməsinə ehtiyac var. Yalnız bu halda Azərbaycanın zəngin tarixi və mədəni irsi daha geniş auditoriyaya təqdim edilə, turizm potensialı isə tam şəkildə dəyərləndirilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri