Icma.az
close
up
RU
Regionlarda yaşamaq çətindir: Nə iş var, nə yol, nə də ümid...

Regionlarda yaşamaq çətindir: Nə iş var, nə yol, nə də ümid...

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda illərdir regionların inkişafı ilə bağlı müxtəlif proqramlar hazırlanır, strateji planlar qəbul olunur. Amma real həyatda bu planların çoxunun nəticəsi görünmür. Əksər bölgələrdə insanlar ya iş tapa bilmir, ya da gəlir əldə etmək üçün mütləq paytaxta üz tutmalı olurlar. Sadə desək, Bakıda pul qazanmaq olur, amma bir çox regionda nə işləmək, nə də qazanmaq mümkündür. İnsanlar uzun illərdir eyni problemlərlə qarşılaşır: iş yerləri azdır, yollar zəifdir, regionlar bir-biri ilə əlaqəsizdir.

Ölkə.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, regionlarda işsizliyin səbəbi təkcə iqtisadi deyil, həm də hüquqi və inzibati sahələrdəki ciddi çatışmazlıqlardır:

“Bu problem təkcə bu günün deyil, illərdir davam edən struktur problemdir. Ən sadə səbəb budur ki, paytaxtda pul qazanmaq olur, regionlarda isə açıq desək, bir çoxunda ümumiyyətlə, iş yeri yoxdur. İnsanlar sadəcə yaşamaq üçün deyil, pul qazanmaq üçün çalışır. Amma regionda bu imkan yoxdur”.

Ə.Həsənov deyib ki, ölkə daxilində təkcə Bakı ilə regionlar arasında deyil, regionların bir-biri ilə də əlaqəsi çox zəifdir. Nəqliyyat infrastrukturunun natamamlığı iqtisadi əlaqələrin qurulmasını mümkünsüz edir:

“Xəritəyə baxın - məsələn, Qubadan Şəkiyə, oradan da Gəncəyə getmək daha qısa məsafədir. Amma birbaşa yol yoxdur. Hamı Bakıya qayıtmalı, sonra oradan digər bölgəyə getməlidir. Bu, təkcə yol problemi deyil, regionlar arası əlaqəsizliyin simvoludur.

Sahibkarlıqla məşğul olmaq istəyən bir insan üçün bu, əsl maneədir. Hər şey Bakıda cəmlənib, mallar Bakıya gəlir, oradan bölgələrə gedir, kapital buradan idarə olunur. Əslində, insan regionda hər hansı iqtisadi fəaliyyətlə məşğul olmaq istəyirsə, ilk sual budur ki, mənə sabah dövlət təminat verəcəkmi? Qanun yanımdadırmı? Amma bu təminat yoxdur. Əksinə, nə qədər Bakıdan uzaqlaşırsansa, qanunsuzluq, özbaşınalıq daha çoxdur. Naxçıvan Muxtar Respublikası bunun ən bariz nümunəsidir. Hamımız gördük ki, mərkəzdən uzaq ərazilərdə vəziyyət necə idi”.

Hüquqşünasın sözlərinə əsasən, regionların inkişafı üçün real islahatlara və hüquqi dövlətin prinsipial tətbiqinə ehtiyac var:

“İnsanlar öz bölgəsində işləmək, yaşamaq, gəlir əldə etmək istəyirlər. Amma onlar hüquqdan, qanundan əmin olmadıqca, nə sahibkarlar, nə də sadə vətəndaş bölgədə qalmaq istəyir. Buna görə də regionların inkişafı yalnız fiziki layihələrlə yox, hüquqi təminatla da həyata keçirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Avqust 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri