Icma.az
close
up
RU
Regionların inkişafı, məşğulluq və müasir infrastruktur yeni mərhələdə

Regionların inkişafı, məşğulluq və müasir infrastruktur yeni mərhələdə

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda respublikamızda dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın möhkəmləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl islahatların davam etdirilməsi möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasətin prioritetlərindəndir. Elə 12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərkən səsləndirdiyi strateji çağırışlar bu siyasətin mühüm istiqamətlərindəndir.

Hər bir dövlət məmurunun əsas vəzifəsi xalqın etimadını doğrultmaq, insanlara xidmət etmək və fəaliyyətini şəffaf prinsiplər üzərində qurmaqdır - söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bu, yeni təyin olunan rəhbər şəxslər üçün həm məsuliyyət, həm də böyük etimaddır. Qəbulda etdiyi çıxışla yeni təyin olunmuş və ümumilikdə respublikamızda fəaliyyət göstərən rəhbər şıxslərə bir strateji yol xəritəsi cızan prezident respublikada iqtisadi inkişafın təməl prinsiplərini, sosial sabitliyin dayaqlarını, xalqla birgə idarəetmə prinsiplərini gözlər önünə sərdi.

İnkişafın təməlini təşkil edən müasir infrastrukturun qurulmasını, son illərdə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində ölkəmizdə tamamilə müasir standartlara cavab verən magistral yolların qurulmasını xatırladan prezident vurğuladı ki, bu sahədə görülən işlər regionların iqtisadi və sosial inkişafına bilavasitə təsir göstərir. Müasir yol infrastrukturu təkcə nəqliyyatın rahatlığını təmin etmir, həm də sənaye, kənd təsərrüfatı və turizm sahələrinin inkişafına yeni imkanlar açır.

Azərbaycanın bütün bölgələrində reallaşdırılan bu layihələr dövlət siyasətinin əsas prioritetlərindən biri olan bərabər regional inkişaf məqsədinə xidmət edir. Müasir yollar, enerji və kommunikasiya xətləri, sosial infrastruktur – bunlar hamısı regionlarda rifahın artmasına yönəlib.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, bölgələrdə məşğulluq məsələləri əsas prioritetlərdən biridir. Dövlət başçısı bildirdi ki, iqtisadi potensialın artırılması, yeni iş yerlərinin açılması və kiçik sahibkarlığın dəstəklənməsi sosial sabitliyin mühüm dayaqlarıdır.

Regionlarda həyata keçirilən dövlət proqramları nəticəsində minlərlə insan daimi işlə təmin olunur, gənclərin əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan modelinin – iqtisadi inkişafla sosial rifahın vəhdəti prinsipinin bariz nümunəsidir.

Çıxışında rəhbər şəxslərin xalqla sıx təmasda olmaları, onların qayğılarını yerində öyrənməli və operativ şəkildə həll etməli oluqlarını vurğulayan dövlət başçısının fikrincə, idarəetmə sistemində əsas məqsəd vətəndaş məmnunluğudur. Çünki bu, həm sosial ədalətin, həm də dövlətə inamın möhkəmlənməsinə xidmət edir.

12 noyabr tarixli çıxış dövlət idarəçiliyinin yeni mərhələsinə, regionların inkişafında məsuliyyət və şəffaflığın daha da gücləndirilməsinə yönəlmiş çağırış idi. Bu, bir daha onu göstərir ki, qarşıdakı dövrdə ölkəmizin bütün bölgələrində infrastrukturun müasirləşməsi, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri