Icma.az
close
up
RU
Regionu gözləyən fəlakət: türk liderdən anons 5 ölkə birləşə bilər

Regionu gözləyən fəlakət: türk liderdən anons 5 ölkə birləşə bilər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çində keçirilən “ŞƏT Plus” sammitində Xəzər dənizindəki ekoloji vəziyyətlə bağlı fikirləri diqqət çəkib. Belə ki, o, dənizin sürətlə fəlakət həddinə yaxınlaşdığını bildirib və məsələni beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirəyə çıxarmağın vacibliyini vurğulayıb. Tokayev qeyd edib ki, son illərdə Xəzər dənizinin səviyyəsinin enməsi, biomüxtəlifliyin azalması və çirklənmənin artması region ölkələrini narahat edən əsas problemlərdəndir.

Xəzərdə vəziyyət həqiqətən də ekoloji fəlakətə gətirib çıxara bilərmi? Ümumiyyətlə, fəlakət dedikdə konkret hansı təhlükələr nəzərdə tutula bilər? Region ölkələri birgə addımlar atmasa, yaxın illərdə Xəzərin ekosistemi hansı nəticələrlə üzləşə bilər?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Xəzərdə vəziyyət kritik həddə çatıb:

“Suyun səviyyəsinin sürətlə düşməsi ciddi siqnaldır. Bu proses davam edərsə, həm su sistemində, həm də dənizkənarı ekosistemdə faciəvi nəticələr qaçılmaz olacaq. Məsələni yalnız Xəzəryanı ölkələrin birgə səyləri ilə həll etmək mümkündür. Çünki burada təkcə təbii amillər deyil, eyni zamanda, antropogen faktorlar, siyasi motivli addımlar rol oynaya bilər. Xəzərin əsas qida mənbəyi Volqa çayıdır və onun Rusiyadan axaraq dənizə tökülməsi bu məsələdə xüsusi əhəmiyyət daşıyır”.

Həmçinin oxuyun:

5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR

Cəmşid Bəxtiyar

Ekoloq qeyd edib ki, Volqa suyunun başqa istiqamətlərə yönləndirilməsi Xəzərin səviyyəsində böhran yarada bilər:

“Bu ehtimalı xüsusi monitorinqlər və yoxlamalarla dəqiqləşdirmək mümkündür. Ekoloqların əksəriyyəti də bu motivlərin mövcud olduğunu düşünür. Xəzərin belə sürətlə səviyyə itirməsinin başqa cür izahı yoxdur. Ona görə də Xəzəryanı ölkələrin birlikdə addım atması vacibdir. Hər hansı diaqnostik qərarların qəbul edilməsi və real tədbirlərin görülməsi üçün mütləq əməkdaşlıq lazımdır. Digər tərəfdən, Xəzərə birbaşa axan çay sularının əvvəlkindən daha az olması da vəziyyəti ağırlaşdırır. Bu azalma təsadüfi deyil və səbəbləri araşdırılmalıdır. Əgər imkan yaranarsa, prosesin qarşısını almağa çalışmaq mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, 5 ölkə – RusiyaQazaxıstan, TürkmənistanİranAzərbaycan Xəzər dənizinin sahil xəttini paylaşır.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri