Icma.az
close
up
RU
Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?

Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İsrailin ABŞ-ı şantaj yolu ilə İran müharibəsinə qoşulmağa məcbur etdiyinə dair iddialar yayılır. Məlumata görə, hətta Təl-Əvivdə ABŞ Prezidenti Donald Trampın gizli dosyesi var və bununla onu müharibəyə razı salıblar.

Maraqlıdır ki, İsrailin 28 fevralda İrana hücumu nəticəsində zərər görməyən yeganə ölkə ABŞ-dır. Amerikanın ərazisinə raket və dron düşmür, mülki vətəndaşları hədəfə alınmır. Digər tərəfdən, İsrail hər gün İranın raket və dron hücumlarına məruz qalır, eyni zamanda İran da İsrailə qarşı əməliyyatlar həyata keçirir. Həmçinin Körfəz ölkələri də bu münaqişədən zərər çəkir.

Bütün bunlarla yanaşı, ABŞ-ın silah şirkətləri bu gərginlikdən iqtisadi mənfəət əldə edir və Vaşinqton dünya miqyasında hegemon mövqeyini nümayiş etdirir.

Belə bir vəziyyətdə şantaj iddiası nə dərəcədə reallığa uyğundur?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, müharibəni analiz etmədən öncə kimin daha çox itki verdiyi və hansı ölkələrin zərər gördüyünə baxmaq lazımdır:

“Müharibə aktiv şəkildə İsrail və İran arasında gedir. Hər iki ölkə ciddi resurs sərf edir və dağıntılara məruz qalır, çox sayda itkilər var. Lakin Körfəz ölkələri də hücumlara məruz qalır. Müharibə başlayandan Bəhreyn, Küveyt, Qətər və digər ölkələrə zərbələr endirilib. Bu ölkələr böyük neft ixracatçısıdır və hazırda fəaliyyətlərini tam şəkildə həyata keçirə bilmirlər, nəticədə milyardlarla dollar itiriblər.


Zeynal Əmrəliyev

Paralel olaraq ABŞ da müharibənin gedişində müəyyən məbləğlər itirib, çünki İranın zərbə endirdiyi ölkələrdəki bazarlar əsasən ABŞ bazarlarıdır. Bundan başqa, ABŞ-ın Körfəz ölkələri ilə milyard dollarlıq layihələri vardı və bunlar da dayandırılıb. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti belə bu müharibədə ciddi zərər çəkib və bunun ABŞ-a təsiri böyükdür.

Vaşinqtonun regiondakı ən böyük müttəfiqləri Körfəz ölkələri idi, lakin hazırda son hadisələrin ardından bu münasibətlərdə ciddi sallantılar yaranıb. Müharibədən sonra da münasibətlərin bərpası vaxt aparacaq. Lakin bu müharibənin hədə-qorxu ilə baş verməsi iddiasını doğru hesab etmirəm. Çünki Tramp ilk gündən İrana qarşı hərbi əməliyyatların keçirilməsindən danışırdı və praktik olaraq bunun üçün əsas yaranmışdı”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Mart 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri