Icma.az
close
up
RU
Regionun gələcəyini müəyyən edən tandem: Bakı Vaşinqton saatları eyni vaxtı göstərir

Regionun gələcəyini müəyyən edən tandem: Bakı Vaşinqton saatları eyni vaxtı göstərir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Post-Zəfər geopolitikası: ABŞ-Azərbaycan əməkdaşlığı və ya Avrasiya üçün yeni güc modeli

Əlaqələrin yenilənən kodları: Orta Dəhliz, Zəngəzur və Qlobal Cənub müstəvisində strateji yaxınlaşma

Son illər Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı, sözünə sadiq və qlobal proseslərdə stabil mövqe tutan dövlət kimi qəbul etdirib. Xüsusilə son 5 ildə ölkəmizin diplomatik xəttində müşahidə olunan yüksəliş Azərbaycanın beynəlxalq hüquqa hörmət edən, konstruktiv mövqe sərgiləyən, ədalət prinsipinə önəm verən aktor kimi nüfuzunu daha da gücləndirib. Bu gün dünyanın istənilən qitəsində Azərbaycanın tərəfdaş olduğu ölkələrin sayı artır. Bunun səbəbləri təsadüfi deyil: Bakı sözünə sadiqdir, ardıcıl siyasi xəttə malikdir, qlobal güclər qarşısında özünün milli maraqlarını uğurla qoruya bilir, regional və beynəlxalq səviyyədə təhlükəsizliyin təmininə töhfə verir. Bu tendensiyalar ABŞ - Azərbaycan münasibətlərinə də tam şəkildə şamil olunur. Xüsusilə ABŞ-da son seçkilərdən sonra hakimiyyətə qayıdan Donald Tramp administrasiyası ilə Bakı arasında 11 ay ərzində formalaşmış intensiv dialoq dövlətlərarası münasibətlərə yeni nəfəs gətirib. Enerji təhlükəsizliyi, regional sabitlik, qlobal təhlükə mənbələrinə qarşı mübarizə, yeni iqtisadi istiqamətlər üzrə əməkdaşlıq kimi sahələrdə tərəflər arasındakı əməkdaşlıqda mühüm irəliləyişlər qeydə alınıb. Azərbaycan özünün iqtisadi qüdrəti, regionda yaratdığı yeni nizam, Cənubi Qafqaz - Mərkəzi Asiya xəttində liderliyinin güclənməsi ilə təbii şəkildə Vaşinqtonun diqqət mərkəzinə çevrilib. ABŞ üçün Azərbaycan həm enerji təhlükəsizliyinin təminatçısı, həm Şərq-Qərb nəqliyyat xəttinin aparıcı ölkəsi, həm də Cənubi Qafqazda sabitliyi yaradan dövlət olaraq əhəmiyyət kəsb edir. Bu ilin avqustunda Vaşinqtonda baş tutan görüşlər isə münasibətləri tamamilə yeni mərhələyə çıxaran dönüş nöqtəsi sayıla bilər. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında baş tutan danışıqlar, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanan Anlaşma Memorandumu göstərdi ki, iki ölkənin münasibətləri artıq sadəcə əməkdaşlıq deyil, strateji uyğunlaşma mərhələsinə qədəm qoyur. Bu həm ABŞ-ın Azərbaycana dərin marağının, həm də Azərbaycanın enerji, logistika və geosiyasi baxımdan yüksələn rolunun təsdiqidir. Başqa sözlə, Azərbaycan-ABŞ münasibətləri bu gün yalnız ikitərəfli formatda xarakterizə olunmamalıdır, həm də geniş Avrasiya məkanının gələcək nizamını müəyyən edə biləcək strateji xətt üzrə dəyərləndirilməlidir.

Azərbaycan - ABŞ münasibətlərinin yeni arxitekturası...

Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq müxtəlif səviyyələrdə hər zaman stabil xarakter daşıyıb. Amma son bir ildə bu əməkdaşlığın mövzuları, coğrafiyası və siyasi çəkisi əhəmiyyətli dərəcədə genişlənib. Artıq tərəflər sadəcə regionda deyil, qlobal miqyasda da bir çox məsələlərdə eyni mövqe ortaya qoyurlar.

İlk növbədə ABŞ üçün Cənubi Qafqaz regionunda sabitliyin qorunması prioritet məsələlərdən biri sayılır - Azərbaycan isə bölgənin real təhlükəsizlik təminatçısı rolunda çıxış edir. 44 günlük Zəfər müharibəsindən sonra regionda formalaşmış yeni nizam ABŞ üçün də daha proqnozlaşdırılan və təhlükəsizlik baxımından stabil geosiyasi mühit yaratdı - bu isə Azərbaycanın qətiyyəti ilə baş verib.

Bakı-Vaşinqton əlaqələrində daim ən ön sırada duran amillərdən biri isə enerji təhlükəsizliyi sayılıb. Xüsusilə Avropada enerji böhranı yaşandığı dövrdə Azərbaycanın qaz ehtiyatları, enerji infrastrukturu və Xəzərdən Avropaya uzanan geniş enerji xətti Vaşinqton üçün strateji əhəmiyyət daşıyır və bu, dəfələrlə Ağ Ev adminstrasiyasının nümayəndələri tərəfindən dilə gətirilib. Enerji sektorundakı əməkdaşlıq artıq yeni bir çərçivəyə qədəm qoymaq üzəridir - “yaşıl enerji”, Xəzər hövzəsində bərpa olunan enerji potensialının dünya bazarına çıxarılması, elektrik enerjisinin dəniz altı ilə nəqli kimi məsələlər münasibətlərin bu kontekstinə yeni məzmun qazandırır.

Paralel olaraq iki dövlət arasında siyasi dialoq da yüksək səviyyədədir - Azərbaycan ilə ABŞ bir çox beynəlxalq təşkilatlarda eyni mövqeni bölüşür:

- Transmilli cinayətkarlıqla mübarizə;

- Regional konfrantasiyaların genişlənməsinin qarşısının alınması;

- İqtisadi təhlükəsizliyin müdafiəsi.

Bu sahələrdə Bakı-Vaşinqton dialoqu son bir ildə daha sistemli xarakter alıb. Başqa sözlə, ABŞ - Azərbaycan münasibətləri bu gün genişdiapazonlu xarakter alıb, təhlükəsizlikdən energetikaya, iqtisadiyyatdan qlobal təhlükələrə qədər geniş spektrdə strateji məna qazanıb.

Strateji Tərəfdaşlıq Xartiyası - daha effektiv və genişdiapazonlu əməkdaşlıq üçün

Avqust ayında baş tutan görüş Azərbaycan - ABŞ münasibətlərində dönüş nöqtəsi sayılır. Bu görüş iki ölkə liderinin qarşılıqlı siyasi iradəsini nümayiş etdirməklə yanaşı, Vaşinqtonun Bakıya verdiyi strateji qiymətin göstəricisinə çevrildi. Görüşün ən mühüm nəticəsi isə qeyd edildiyi kimi, “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumunun imzalanması oldu. Bu sənəd bir neçə vacib məqamı təsdiqləyir:

- Azərbaycan ABŞ üçün regionda əsas tərəfdaşa çevrilir: ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır.

- Əməkdaşlıq institusional çərçivəyə salınır: Münasibətlər təkcə siyasi bəyanatlardan ibarət deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq.

- Dialoq genişlənir - təhlükəsizlik və müdafiə, enerji və “yaşıl keçid”, iqtisadiyyat və investisiya, regional sabitlik və nəqliyyat dəhlizləri, humanitar əlaqələr güclənir.

Avqust görüşü həm də Vaşinqtonun Bakıya geosiyasi baxışının dəyişməsinin göstəricisidir. Artıq ABŞ regional təhlükəsizliyin və inkişafın Azərbaycanın liderliyi əsasında aparılacağını təsdiqləyir. Görüşə bu günün rakursundan baxsaq, Vaşinqton Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiya prosesinin aparıcı aktoru olduğunu qəbul edir. ABŞ üçün Zəngəzur dəhlizi (TRİPP) artıq yalnız iqtisadi layihə deyil - həm də Qərb-Şərq birləşdirici xətti kimi qəbul olunur.

ABŞ beyin mərkəzlərinin Azərbaycana artan marağı

Bu günlərdə Bakıda keçirilən “Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” Forumunda da qeyd olunduğu kimi, son illərdə ABŞ-da fəaliyyət göstərən aparıcı beyin mərkəzlərinin - “Atlantic Council”, “CSIS”, “Hudson Institute”, “Heritage Foundation” və digərlərinin Azərbaycanla bağlı araşdırmalara xüsusi yer ayırması təsadüfi deyil. Avqust görüşündən sonra bu dinamika daha da güclənib. ABŞ analitik dairələri də Azərbaycanın regional liderliyini tanıyır - artıq təhlillərdə Azərbaycan Cənubi Qafqazın geosiyasi ağırlıq mərkəzi kimi göstərilir. Bakının yeni regional dəhlizlərin qovşağında strateji nəqliyyat açarı rolunu oynaması, Mərkəzi Asiya ilə Qərbi birləşdirən Orta Dəhlizin təbii lideri sayılması kimi yanaşmalar kreativ düşüncənin Bakı-Vaşinqton əlaqələrinə verdiyi qiyməti ön plana çəkir. Çünki 2020-ci ildə qazanılan Zəfər bütövlükdə Cənubi Qafqazda və Avrasiyada yeni strateji reallığın əsasını qoyub. Bu reallıq regionun geosiyasi xəritəsini yenidən formalaşdırıb, güc balansını dəyişib və Azərbaycanın lider statusunu təsliqləyib. ABŞ-ın beyin institutlarının Azərbaycana marağı da məhz bu yeni konfiqurasiyanın nəticəsi olaraq yüksəlib. Vaşinqton anlayır ki, Avrasiyanın tam mərkəzində gələcək geosiyasi nizam Bakı üzərindən, bakının şərtləri əsasında formalaşacaq. Azərbaycanın Mərkəzi Asiyanın 5 dövləti ilə Məşvərət Şurasında tamhüquqlu iştirakçıya çevrilməsi də Bakı üçün bu mənada yeni strateji platforma yaradır. Bu platforma Avrasiyanın iki böyük regionunu - Cənubi Qafqazı və Mərkəzi Asiyanı - vahid geoiqtisadi məkana çevirir. ABŞ üçün bu məkan əvəzedilməzdir: burada həm enerji təhlükəsizliyi, həm qlobal ticarət, həm də Şərq-Qərb nəqliyyat xətti birləşir. Bu mənada Vaşinqtonun Bakıya münasibəti bütövlükdə regionun geoiqtisadi gələcəyi kontekstində dəyərləndirilməlidir.

Qlobal Cənubun liderlərindən biri...

Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, həm də Qlobal Cənub adlandırılan geniş coğrafiyanın aparıcı dövlətlərindən biridir. İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, enerji keçidi, humanitar dəstək, inkişaf layihələri baxımından Azərbaycan artıq nümunəvi aktor kimi çıxış edir. ABŞ isə bu yeni reallığı dəyərləndirən ölkələr sırasındadır. Xüsusilə, son illər dünyada artan hərbi-siyasi toqquşmalar fonunda Azərbaycanın vasitəçilik fəaliyyəti daha da aktuallaşıb - Yaxın Şərq gərginliyinin başa çatması üçün göstərilən səylər bunu təsdiqləyir. Azərbaycanın neytral, rasional və balanslı siyasəti Qlobal Cənub üçün stabil model vəd edir. “Niyə məhz Azərbaycan?” sualına cavab da məhz bu ideyada möhkəmlənib:

- Azərbaycan regionda hərbi-siyasi sabitliyin əsas təminatçısıdır;

- Bakı həm Şimalın, həm Cənubun, həm Qərbin, həm də Şərqin dialoq aparmaq üçün etibar etdiyi platformadır;

- Azərbaycan enerji resurslarını siyasi təzyiq vasitəsinə çevirmir (Suriya və Avropa timsalında bunun şahidi oluruq);

- Bölgədə müharibələrin qarşısının alınmasında real zəmanət verə biləcək yeganə gücdür - bütün tərəflər isə paralel əməkdaşığa və ya münasibətə malikdir.

Vaşinqton isə bu reallığı nəzərə alır və Azərbaycanın Qlobal Cənub siyasətinə, Yaxın Şərq stratiegiyasına ciddi önəm verir. Azərbaycanın stabil və güclü olması bu gün Avrasiyanın geniş coğrafiyası üçün strateji zərurətdir.

Azərbaycan - ABŞ münasibətlərində yeni era...

Beləliklə, Azərbaycan - ABŞ münasibətlərində təxminən son 1 ildə müşahidə olunan dinamizm iki ölkə arasında yeni strateji mərhələnin formalaşdığını göstərir. Bu dinamizmin kökündə həm Azərbaycanın güclənən regional rolu, həm ABŞ-ın Avrasiyada yeni tərəfdaş qismində Bakını dəyərləndirməsi kimi reallıqlar dayanır. Avqust görüşü Vaşinqtonla Bakı arasında strateji sinxronluğun əsasını qoydu. Artıq iki ölkə münasibətləri sadəcə ikitərəfli əməkdaşlıq deyil, geniş Avrasiya məkanında siyasi və iqtisadi nizamın formalaşmasına yönəlmiş tərəfdaşlıq modelidir. Bu model isə özündə bir sıra hədəfləri birləşdirir:

- Regional sabitlik və təhlükəsizliyin təmin olunması;

- Yeni geoiqtisadi layihələr və qlobal ticarət marşrutlarının inkişafı;

- Qlobal Cənubun inkişafında ortaq missiya.

Nəticə etibarilə, ABŞ-Azərbaycan tərəfdaşlığı təkcə iki ölkə üçün deyil, bütövlükdə region və Avrasiya üçün yeni imkanlar yaradır. Bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək və beynəlxalq siyasi arxitekturanın mühüm sütunlarından birinə çevriləcək.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri