Icma.az
close
up
RU
Regionun mühüm tranzit mərkəzi ŞƏRH

Regionun mühüm tranzit mərkəzi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və İran iqtisadi əlaqələrinin əsas sütunlarından biri nəqliyyat-logistika sahəsindəki əməkdaşlıqdır. Son illər bu sahədə atılan addımlar və aparılan infrastruktur layihələri göstərir ki, tərəflər regionun mühüm tranzit mərkəzinə çevrilməkdə qərarlıdır. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan Şimal-Cənub nəqliyyat dəhlizi, bu strategiyanın mərkəzi elementidir. Bu dəhliz Hindistandan Avropaya qədər uzanan, İran və Azərbaycan ərazisindən keçən vacib ticarət marşrutudur.

Cənb Prezidentin sözləri ilə desəm; “Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək.” Azərbaycan artıq öz ərazisində lazımi infrastruktur layihələrini həyata keçirib. Prezident Əliyev çıxışında vurğulayır: “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.” Bu fikirlər göstərir ki, Azərbaycan nəinki bu dəhlizə daxil olmaqla kifayətlənir, həm də regionun əsas yük ötürücü qovşaqlarından birinə çevrilmək məqsədi güdür. Bu isə uzunmüddətli iqtisadi planlaşdırma və regional liderlik deməkdir. Digər tərəfdən, bu əməkdaşlıq təkcə infrastrukturla məhdudlaşmır. Cənab Prezident İlham Əliyev çıxışında deyir: “Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək. Ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi.” Bu, iqtisadi əlaqələrin kompleks şəkildə inkişaf etdiriləcəyini və investisiya, sənaye, kənd təsərrüfatı kimi sahələrə də şamil olunacağını göstərir. Əgər Şimal-Cənub dəhlizi uğurla həyata keçirilərsə, bu, Azərbaycan və İran iqtisadiyyatına milyardlarla dollar həcmində əlavə gəlir gətirə bilər. Ən önəmlisi isə, bu dəhliz bölgədəki iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın artmasına səbəb olaraq, siyasi sabitliyə də töhfə verəcək. Bu iqtisadi inteqrasiya, eyni zamanda, siyasi sabitliyin iqtisadi təməlini möhkəmləndirir. Azərbaycan və İran iqtisadi əlaqələrinin əsas sütunlarından biri nəqliyyat-logistika sahəsindəki əməkdaşlıqdır. Son illər bu sahədə atılan addımlar və aparılan infrastruktur layihələri göstərir ki, tərəflər regionun mühüm tranzit mərkəzinə çevrilməkdə qərarlıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.” Bu fikirlər göstərir ki, Azərbaycan nəinki bu dəhlizə daxil olmaqla kifayətlənir, həm də regionun əsas yük ötürücü qovşaqlarından birinə çevrilmək məqsədi güdür. Bu isə uzunmüddətli iqtisadi planlaşdırma və regional liderlik deməkdir. Digər tərəfdən, bu əməkdaşlıq təkcə infrastrukturla məhdudlaşmır. Azərbaycan, öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib və hazırda artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirir. Bu, Azərbaycanın nəqliyyat və logistika sahəsində regional liderliyə iddialı olduğunu sübut edir. Azərbaycan və İran arasında mədəni və humanitar əlaqələr, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev bildirib ki, “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Mədəniyyətimiz də ortaqdır.” Bu, iki ölkə arasında ortaq tarixi və mədəni bağların mövcudluğunu göstərir. Ümumiyyətlə, Azərbaycan və İran arasında mədəni-humanitar əlaqələr, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır və gələcəkdə daha da inkişaf etdiriləcəkdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri