Rəhman Daşdəmirov: İnanıram ki, azarkeşlər də finala layiq oyunun şahidi olacaqlar
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Biz hər oyuna ciddi hazırlaşırıq". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.
25 yaşlı müdafiəçi Misli Premyer Liqasının sonuncu - 36-cı turunda evdə "Neftçi"ni məğlub etdikləri matç haqqında fikirlərini bölüşüb:
"Bu rəqiblə qarşılaşmalar hər zaman çətin keçir. Bu dəfə də istisna olmadı. Görüşün gedişində azlıqda qaldıq. Buna baxmayaraq qol vurmağı bacardıq. Lakin ikinci hissənin gedişində meydanda say bərabərləşdi. Bir neçə fürsətimiz olsa da, yalnız birindən yararlana bildik. Çempionatda mövsümü doğma azarkeşlər önündə qələbə ilə başa vurmaq xoşdur".
O, mayın 31-də "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı da danışıb:
"Artıq kollektiv olaraq bu matça köklənmişik. Bizi çox güclü rəqiblə vacib bir qarşılaşma gözləyir. Komanda kuboku qazanmaq üçün meydanda maksimumu ortaya qoymalıdır. İnanıram ki, azarkeşlər də finala layiq oyunun şahidi olacaqlar".
Qeyd edək ki, ölk kubokunun final qarşılaşması mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Həlledici matçda "Qarabağ" və "Sabah" üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















