Icma.az
close
up
RU
Rejim xalqın qəzəbi qarşısında iflasa gedə bilər

Rejim xalqın qəzəbi qarşısında iflasa gedə bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Volodimir Zelenski Rusiyada yaranmış yanacaq problemini Kremlin apardığı müharibənin iqtisadi nəticəsi kimi qiymətləndirərək bunu "tarixi lətifə" adlandırıb. Onun fikrincə, enerji ixracatçısı olan bir ölkənin yanacaq idxalı üçün alternativ yollar axtarması Rusiyanın üzləşdiyi dərin böhranın göstəricilərindən biridir. Bu açıqlama eyni zamanda Moskva ilə Kiyev arasında informasiya və psixoloji mübarizənin getdikcə daha sərt xarakter aldığını nümayiş etdirir.Bəs Zelenskinin Rusiyanın yanacaq böhranı ilə bağlı səsləndirdiyi fikirlər real iqtisadi vəziyyətin göstəricisidir, yoxsa daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir?

Politoloq Taleh Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 1-2 ay ərzində demək olar ki, hər gün Ukrayna dronlarının, eləcə də Ukraynanın yerli istehsalı olan "Flamingo" raketlərinin zərbələri nəticəsində Rusiyanın müxtəlif şəhərlərində yerləşən neft emalı zavodlarının və digər strateji obyektlərin vurulması ilə bağlı çoxsaylı videogörüntülər yayılır.

Taleh Əliyevin sözlərinə görə, bu faktların mövcudluğu göstərir ki, Zelenskinin səsləndirdiyi fikirlər təkcə informasiya və psixoloji savaş elementi deyil, həm də müharibənin Rusiya iqtisadiyyatı üçün yaratdığı real vəziyyətin ifadəsidir.

"Vaxtilə Avropaya və demək olar ki, dünyanın müxtəlif regionlarına neft və qaz məhsulları satan Rusiya bu gün faktiki olaraq yanacaq böhranı ilə üz-üzədir. Bildiyiniz kimi, artıq yanacaq tələbatını ödəmək üçün rəsmi Moskva Belarus və Qazaxıstandan yanacaq idxalı ilə bağlı müəyyən danışıqlara başlayıb. Belarus tərəfindən belə bir dəstək göstərilib. Qazaxıstan tərəfinin rəsmi açıqlaması isə ondan ibarət olub ki, Qazaxıstan üçün ilk növbədə daxili tələbatın ödənilməsi, yalnız bundan sonra isə ixracın beynəlxalq müqavilələrə uyğun həyata keçirilməsi prioritetdir.

Hadisələrin bu istiqamətdə inkişaf edəcəyini düşünmürəm ki, Rusiyanın yalnız iqtisadi problemi olaraq qalsın. Bu iqtisadi problemin, xüsusilə nəqliyyat vasitəsi olan vətəndaşların saatlarla, bəzən isə günlərlə uzun növbələrdə qalmasının nəticəsi olaraq ölkədə ciddi sosial böhran da yarana bilər”-deyə o bildirib.

Taleh Əliyevin fikrincə, bu prosesin fonunda Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarından birində "xarici təhdidlərlə yanaşı, daxili təhdidlər" ifadəsini işlətməsi də təsadüfi deyil. Onun sözlərinə görə, Ukrayna tərəfinin, xüsusilə Rusiyanın dərinliklərində yerləşən enerji infrastrukturunu sıradan çıxarması Rusiya dövlətini ciddi risklərlə üz-üzə qoyub.

Politoloq bildirib ki, hakimiyyətin artıq daxili təhdidlərdən danışması Kremlin bu məsələyə ciddi yanaşdığını göstərir və görünür, mümkün narazılıqlara qarşı müəyyən hazırlıqlar aparılır.

"Yəni söhbət ondan gedir ki, sabah ölkənin müxtəlif regionlarında ciddi xalq narazılığı yaşanacağı təqdirdə, insanlara qarşı güc aparatından istifadə oluna bilər. Bu proses heç də qeyri-real görünmür.

Düzdür, indi yay ayıdır və müəyyən mənada Rusiya tərəfinin bəxti gətirib. Çünki Ukraynanın Rusiyaya endirdiyi zərbələr son 1-2 ayda intensiv xarakter alıb. Əgər bu proses sərt qış aylarında, enerjiyə tələbatın ikiqat artdığı dövrdə baş versəydi, vəziyyət daha ağır ola bilərdi.

O zaman artıq Ukraynanın nə dronlarının, nə də qanadlı raketlərinin əlavə zərbələrinə ehtiyac qalmazdı. Rejim elə xalqın qəzəbi qarşısında iflasa gedə bilər”-deyə Taleh Əliyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri