“Rejimin dəyişməsi planımız var” Trampdan Kuba AÇIQLAMASI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların başa çatmasından sonra Kuba məsələsinə daha ciddi şəkildə fokuslanmağı planlaşdırdığını bir daha bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışan Trampın açıqlamalarının audio yazısı PBS NewsHour tərəfindən yayımlanıb.
ABŞ lideri bildirib ki, Kuba “dağılmaq üzrə olan ölkədir” və Vaşinqton oradakı idarəetmə sisteminin dəyişdirilməsinə çalışır. Onun sözlərinə görə, bu proses İranla bağlı məsələlər başa çatdıqdan sonra daha aktiv şəkildə davam etdiriləcək.
“Bizim Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt və xoşagəlməz bir rejimdən qurtulmalıyıq”, – Tramp deyib.
O əlavə edib ki, ABŞ əvvəlcə İranla bağlı prosesi tamamlayacaq, daha sonra Kuba məsələsinə qayıdacaq: “Mən hər şeyi mərhələli şəkildə etməyə üstünlük verirəm”.
Tramp Venesuelanın Kuba üçün mühüm dəstək mənbəyi olduğunu da iddia edərək, “Venesuela olmasaydı, Kuba artıq müflis olardı”, – deyə bildirib.
O, ABŞ-nin Kubaya qarşı siyasətinin məqsədinin sanksiyalar vasitəsilə “dağılma yaratmaq” olmadığını iddia etsə də, Vaşinqtonun yeni sanksiya addımlarını da müdafiə edib.
Məlumata görə, iyunun 3-də Tramp Kubaya qarşı sanksiyaların genişləndirilməsi barədə sərəncam imzalayıb. Yeni qərar Kuba dövlətinə bağlı iri iqtisadi qurumlarla əməkdaşlıq edən xarici şirkətləri də əhatə edə bilər.
Tramp daha əvvəl də Venesuelanın Kuba iqtisadiyyatına təsirini vurğulayaraq, ölkədə ciddi iqtisadi böhran olduğunu iddia edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 İyun 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















