“Rejimlə bərabər Pezeşkianın da əli qana batıb” Güneyli mühacir
Icma.az bildirir, Bakupost portalına istinadən.
“Pezeşkian barədə hələ o vaxtdan demişdim ki, o, 47 ildir bu hakimiyyətin bölünməz bir parçasıdır. Bu 47 ildə nə iş görüb ki, indi prezident olduğu vaxtda nə iş görsün? Həmin cinayətlərin hamısında Pezeşkianın da əli var. Dünən bəyanat verdi ki, etirazçılar terrorçudur, iğtişaşçıdır və xaricdən gələn qüvvələrdir. Xaricdən 1 milyon adam gətiriblər ki, Tehranda aksiya keçirsinlər? Yaxud Təbrizdə? Nə qədər adam xaricdən gəlib ki, aksiya keçirsin?”.
Bu fikirləri Bakupost.az açıqlamasında güneyli mühacir Babək Muğanlı bildirib.
B.Muğanlı xatırladaraq qeyd edib ki, eyni ittihamlar 1976-cı ildə də səsləndirilmişdi. Onun sözlərinə görə, həmin dövrdə Şah (Məhəmmədrza Pəhləvi) etirazçıları “xarici qüvvələr” adlandıraraq onları “qara və qırmızı irtica” kimi təqdim edirdi:
“Qara Amerika, qırmızı irtica isə o vaxtkı SSRİ nəzərdə tutulurdu. O zaman da Təbrizdə çox gözəl şüar səsləndirmişdilər: “Orucəliliylə, Burcəli hardan oldu xaricəli?”Aksiyaları keçirən məhz təbrizlilər idi”.
B.Muğanlının fikrincə, Pezeşkian özü də terrorçudur və rejimlə bərabər əli qana batıb:
“Güney Azərbaycanın səsini boğmaq üçün bölgülər getdi. Pezeşkian gələndən sonra bizim bir sıra milli fəallarımız ona rəğmən müəyyən addımlar atdı. O da həmin rejimlə bərabər cinayətdə əli olan adamlardandır”.
Babək Muğanlı bildirib ki, hazırda İranda müxtəlif şəhərlərdə, o cümlədən Təbrizdə Rza Pəhləvinin hakimiyyətə çağırılması ilə bağlı şüarlar səsləndirilir:
“Ancaq belə deməklə deyil. İndi dünya tamam başqadır. Trampın bir bəyanatı oldu. Soruşdular ki, Rza Pəhləvinin gəlməyinə münasibətiniz nədir? Tramp dedi ki, “gözləyək görək ortadan kim çıxacaq”...
Bu adamın nə təşkilatı var, nə təşkilatlanması var. Xaricdə elə qüvvələr var ki, onların naziri də var, varisi də var, hamısı hazırdır və onlar gələcəklər. Bir sıra adamlar deyir ki, bu rejimin öz istəyidir ki, Rza Pəhləvini çağırırlar. Ancaq bütün İranda bu qədər aksiyalarda bütün camaatın ağzına heç vaxt gətirib söz qoymaq olmaz ki, “Rza Pəhləvini çağırın”. Xeyr, Rza Pəhləvi heç vaxt gəlib hakimiyyətdə ola bilməz”.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















