Icma.az
close
up
RU
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan mədəniyyəti ilə folklor, adət-ənənələr, musiqi, mahnı və rəqs vasitəsilə tanış olmaq mənim üçün olduqca maraqlıdır. Bu, çox maarifləndiricidir. Bu istiqamətdə işi davam etdirmək, Cırtdan kimi xalq nağılı personajlarının obrazları əsasında nəsə yaratmaq istəyirəm.

Bu sözləri bu yaxınlarda Bakı Bulvarında premyerası olan “Cırtdan və sehrli mirvari” yay tamaşasının rejissoru, aktyor Leonid Klyots AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, material üzərində iş prosesində öz xalqının mədəniyyəti ilə paralelləri də aşkar edib.

“Cırtdan çox maraqlı personajdır. Ukrayna mədəniyyətində hər kəsə kömək edən Xlopçik Pomaqay adlı bir oğlan var. Burada Cırtdanla güclü əlaqə hiss olunur - o da həmişə köməyə gəlir. Hətta bizim şoumuzda digər personajların çətin vəziyyətdən çıxış yolu tapması lazım olduqda, tamaşaçılar arasında olan uşaqlar bir ağızdan Cırtdanı çağırmağa başladılar - yəni, çətin anlarda kimə müraciət edəcəklərini bilirlər”, - deyə müsahibimiz fikirlərini bölüşüb.

O qeyd edib ki, layihədə həm teatr, həm də sirk nömrələri, balet və fəvvarələrlə iş kimi elementləri birləşdirmək lazım gəlib.

“Şounun ideyasını nəzərdən keçirərkən, əvvəlcədən mənə təqdim edilən sirk nömrələrinin siyahısından istifadə etdim. Sirk ifaçıları ilə işləmək ayrıca bir zövqdür - onlar çox səbirli, peşəkar, cəsarətli və çalışqandırlar, gecəyə qədər məşq etməyə hazırdırlar və əgər şounun sonunda suya girmək tələb olunarsa, onlar bunu da edərlər.

Nəticədə xoşbəxt sonluğu olan mehriban və sadə bir hekayə alındı. Layihədə həm teatr aktyorlarını, həm sirk ifaçılarını və həm də baleti bir araya gətirməyə nail olduq, bütün hadisələri isə fəvvarə şousu əhatə edir. Sözsüz ki, bütün bunları birləşdirmək çətin, lakin çox maraqlı idi!” - deyə L.Klyots vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri