Rejissor: Texniki məqamlara yanaşmamız nəticəyə təsir göstərib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Qalib olduğumuz üçün sevincim hədsizdir. Komanda olaraq bilirdik ki, texniki məqamlara yanaşmamız həmişə daha mürəkkəb olub və bu da nəticəyə təsir göstərib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiya üzrə qalib olan “Soyuz Qraviton” filminin rejissoru Emil Şiran deyib.
Rejissor xatırladıb ki, ötən il festivalda iştirak etsələr də, müəyyən səbəblərdən uğur əldə edə bilməyiblər.
Filmin mövzusuna toxunan Emil Şiran söyləyib: “Ekran əsərində buludların üstündə üzən dünyada işıqdan yaranmış azad və inamlı qardaşla xəyalpərəst və həssas bacının hekayəsi canlandırılıb. Yüksəkdən yıxıldıqdan sonra bacı özünəinamını itirir və uçmaqdan vaz keçir. Qorxu və günahkarlıq səbəbindən bir-birindən ayrı düşən əkizlər səmada öz evlərini qurmaq üçün yenidən bir-birilərinə güvənməyi və uçuşlarını bərpa etməyi öyrənirlər”.
Baxış sayı:76
Bu xəbər 07 Sentyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















