Reklamı da qadağan olunacaq Elektron siqaret çəkənlərə pis xəbər
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Azərbaycanda elektron siqaretlərin reklamı da qadağan edilir.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Qanunla reklamı qadağan olunan məhsulların siyahısına nikotin tərkibi olmayan elektron siqaretlər də əlavə olunur.
Mövcud qanunvericilikdə narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının, Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.
Qeyd edək ki, bununla yanaşı, yeni layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi də qadağan olunur.
Bu mövzuda digər xəbərlər:Siqaret çəkənlərə PİS XƏBƏR
01 İyul 2025 00:08
Elektron siqaretlərin reklamı qadağan ediləcək
16 Dekabr 2025 14:56
Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib
12 May 2026 17:21
Siqaret çəkənlərə BƏD XƏBƏR
05 Mart 2025 09:42
Siqaret çəkənlərə xəbərdarlıq!
30 Aprel 2025 02:04
Baxış sayı:112
Bu xəbər 16 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















