Reklamlarda şəffaflıq: Avropa təcrübəsi və Azərbaycanın inkişafı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rəqəmsal platformaların sürətlə genişlənməsi siyasi kampaniyaların da əsas arenasına çevrilib.
Mikro‑targetinq vasitəsilə seçicilərə fərdi mesajlar göndərilməsi, sosial media və onlayn reklamlar artıq seçki proseslərinin ayrılmaz hissəsinə çevrilib.
Bu isə həm seçicilərin məlumat təhlükəsizliyi, həm də demokratik seçkilərin şəffaflığı baxımından yeni hüquqi çağırışlar yaradır.
Hüquqşünas Rüstəm Əzimzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı siyasi reklamın şəffaflığı və mikro‑targetinqin tənzimlənməsini ciddi şəkildə hüquqi çərçivəyə salıb.
“Siyasi reklamlar yalnız maliyyə mənbələrinin açıq şəkildə göstərilməsi ilə deyil, həm də seçicilərə çatdırılan mesajların manipulyativ xarakter daşımamasını təmin etməlidir. Mikro‑targetinq vasitəsilə fərdi istifadəçilərə xüsusi mesajlar göndərilməsi, əgər nəzarətsiz qalarsa, seçki hüququnun pozulmasına və informasiya təhlükəsizliyinin zəifləməsinə səbəb ola bilər”, - deyə R. Əzimzadə vurğulayıb.
Hüquqşünas qeyd edib ki, Avropa qanunvericiliyi bu sahədə həm şəffaflıq, həm də məsuliyyət prinsipini əsas götürür:
“Məsələn, Avropa Parlamentinin 2023-cü il qərarlarında qeyd olunur ki, siyasi reklam verən tərəf və maliyyə mənbələri açıq şəkildə göstərilməli, istifadəçilərin məlumatları isə qanuna uyğun şəkildə emal olunmalıdır. Bu, seçici üçün informasiya təhlükəsizliyini təmin edən əsas mexanizmdir”.

Rüstəm Əzimzadə: Ölkəmiz rəqəmsal mühitdə vətəndaşların hüquqlarını qorumaq baxımından nümunəvi təcrübə ortaya qoyur
R. Əzimzadə əlavə edib ki, rəqəmsal hüquq sahəsində bu tənzimləmələr demokratik proseslərin qorunması üçün mühüm alətdir:
“Seçki kampaniyalarında rəqəmsal platformalardan istifadə sürətlə artdığından, hüquqi çərçivələrin gücləndirilməsi vacibdir. Əks halda, şəxsi məlumatların istismarı və manipulyasiya yolu ilə seçicilərin rəyi süni şəkildə formalaşdırıla bilər”.
Onun sözlərinə görə, Azərbaycanda da bu sahədə vəziyyət diqqətdə saxlanılır və ölkəmiz rəqəmsal siyasi reklamla bağlı qanunvericilik sahəsində Avropa təcrübəsini öyrənərək öz unikal modelini formalaşdırır:
“Qanunvericilik siyasi reklamın şəffaf olmasını, reklam verənlərin məsuliyyətini və seçicilərin informasiya hüquqlarını təmin etməlidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm demokratik seçkilərin, həm də informasiya təhlükəsizliyinin qorunması üçün önəmlidir. Ölkəmiz sürətlə inkişaf edən rəqəmsal mühitdə vətəndaşların hüquqlarını qorumaq baxımından nümunəvi təcrübə ortaya qoyur”.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Yanvar 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















