Icma.az
close
up
RU
Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? RƏSMİ

Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? RƏSMİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Qanuna dəyişikliyin əsas səbəbi nədir? Bu qadağa nə vəd edir?

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib ki, uşaq hüquqları haqqında qanun layihəsindən irəli gələrək uşaqların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər qanunvericilik aktlarına uyğunlaşdırılma aparılıb.

Onun sözlərinə görə, bu dəyişikliklərdən biri də “Reklam haqqında” qanuna edilib:

“Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırıb.

Reklamda uşaqların görüntüsü ilə bağlı məhdudiyyətin tətbiqi uşağın özünün razılıq vermək iqtidarında olmaması, reklamın doğurduğu hüquqi nəticələri dərk edə bilməməsi və yayılmış görüntünün uzun müddət informasiya ehtiyatlarında qalması ilə bağlıdır.

Reklam kommersiya məqsədli olduğundan yayılmış görüntülər iqtisadi dəyərə çevrilir. Eyni zamanda uşağın şəxsi həyatına və toxunulmazlığına ziyan vura bilər və gələcəkdə sosial mühitdə həm yaşıdları tərəfindən ələsalmalar, bullinqə və başqa xoşagəlməz hallara məruz qalma riskini artırmış olur".

O bildirib ki, uşaqların görüntülərinin yayılması gələcəkdə reklamda həmin görüntülərdən sui-istifadə edilməsinə şərait yarada bilər.

"Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilərkən bir çox inkişaf etmiş ölkələrin hüquq sistemində oxşar yanaşmaların olduğu müşahidə edilib. “Fərdi məlumatlar haqqında” qanuna əsasən yetkinlik yaşına çatmayan şəxsin barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qanuni nümayəndə razılığı əsasında yol verilir. Bu mənada "Reklam haqqında" qanunun 12-ci maddəsinə təklif edilmiş dəyişiklik reklamda uşaqların görüntüsünün yayılmasının onların valideynlərinin razılığı ilə həyata keçirilməsini şərtləndirir”, - S.Məmmədov vurğulayıb (Mənbə:Teleqraf)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri