Icma.az
close
up
RU
Rekord yeniləndi: ADY ilk dəfə 8 milyonuncu sərnişini daşıdı (FOTO)

Rekord yeniləndi: ADY ilk dəfə 8 milyonuncu sərnişini daşıdı (FOTO)

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətində bu il də rekord göstərici qeydə alınıb. Belə ki, ötən il olduğu kimi, bu il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyon sərnişin daşınıb.

"Unikal" xəbər verir ki, son illər ADY-də aparılan islahatlar sayəsində sərnişindaşıma göstəricilərində yüksək artım tempi müşahidə olunur. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.

2024-cü ildə yeni “Stadler” qatarlarının istismara verilməsi nəticəsində Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin gün ərzində 2 dəfə artırılması, Ləki və Ucara dayanacaq verilməsi, həftəsonları və bayram günlərində rayonlararası istiqamətlərə əlavə reyslərin təyin olunması, həmçinin Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması bu il sərnişindaşımada rekord göstəricinin yenilənməsinə imkan yaradıb.

ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 8 milyonuncu sərnişin olan 4 yaşlı Dəniz Məmmədlini və valideyni Aydan Məmmədlini təbrik edərək rayonlararası istiqamətlərə birinci sinif üzrə gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim ediblər.

8 milyonuncu sərnişinimizin valideyni Aydan Məmmədli xüsusi diqqətə görə təşəkkür edərək ADY-nin sürətli sərnişin qatarları ilə daim səfər etdiklərini və rahat, təhlükəsiz səyahətdən zövq aldıqlarını bildirib.

ADY sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, qatar personalının bilik və bacarıqlarının müasir standartlara uyğun olaraq artırılmasını uğurla həyata keçirir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri