Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

“Rekordmayster”dən və Keyndən növbəti rekordlar

“Rekordmayster”dən və Keyndən növbəti rekordlar

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tur cümə günü “Ştutqart”ın “Sankt Pauli” üzərində inamlı qələbəsi ilə start götürdü.

Şənbə gününün oyunlar məhsuldar və maraqlı keçdi. Debütant “Hamburq” sonuncu pillədən möhkəm yapışan “Haydenhaym”la ev oyununda həm mövsümdə ilk qollarını vurdu, həm də ilk qələbəsini qazandı. “Frayburq”un Bremendə, eləcə də bu tura qədər qələbəsi olmayan “Maynts-05”in Auqsburqda böyük hesabla qalib gəlməsi gözlənilməz oldu.
Mövsümə “Bavariya”dan 6 qol buraxmaqla başlayan “Leyptsiq” o vaxtdan bəri qələbələri sıralayır. Debütant “Köln”ü yenən “öküzlər” ardıcıl 3-cü qələbə ilə 3-cü pilləyə yüksəldilər. “Bavariya” isə rəqiblərin başına oyun açmaqda davam edir. Münhen nəhənginin budəfəki qurbanı “Hoffenhaym” oldu. “Rekordmayster” ilk qolu yalnız fasilə ərəfəsində vursa da, ənənəsinə sadiq qalaraq yenə rəqibini darmadağın etdi. Bu qələbədə də əsas rolu Keyn oynadı. İngiltərə yığmasının kapitanı ikisi penaltidən olmaqla 3 qol vurdu. O, bundesliqada 67-ci oyunda vurduğu qolların sayını 70-ə çatdırdı və 9-cu het-trikini rəsmiləşdirdi!
Maraq üçün bildirək ki, premyer-liqada Keyn 320 oyunda yalnız 8 dəfə het-trik etmişdi. Bundesliqada cəmi 3-cü mövsümünü keçirməsinə baxmayaraq, 32 yaşlı forvard bu turnirdə ən çox het-trik edənlər siyahısında artıq 7-ci pillədədi. Yeri gəlmişkən, Keyn bundesliqada yerinə yetirdiyi ilk 17 penaltinin hamısını qola çevirib. Bunun özü də turnirin yeni rekordudu! Daha bir rekord isə “Bavariya”nın ilk 4 turda 18 qol vurmasıdı.
Bazar gününün oyunlar favoritlər üçün çətin keçdi. Həftəiçi ÇL-də “Qalatasaray”a 5 qol vuran “Ayntraxt” bu dəfə doğma meydanda ortabab “Union”dan 56 dəqiqəyə 4 top buraxdı! Frankfurt təmsilçisi ən azı xarakter nümayiş etdirərək darmadağından qurtulsa da, xal qazana bilmədi. Türkiyəli Can Uzun 21 yaşına çatmayan futbolçular arasında bundesliqa tarixində mövsümün ilk 4 turunun hər birində qol vurmağı bacaran birinci oyunçu oldu.
“Bayer-04” yersiz xallar itirməkdə davam edir. Bu dəfə Leverkuzen təmsilçisi qələbəni əsas vaxta əlavə olunan 2-ci dəqiqədə əldən verdi. “Aspirinlər”dən fərqli Dortmund “Borussiya”sına qələbə üçün 1 qol kifayət etdi. Adeyeminin gözəl qolu “arılar”a 3 xal qazandırdı. Buna qədər Dortmundda keçirdiyi son 9 oyunda cəmi 1 qol vuran “Volfsburq” yenə “Siqnal İduna Park”da qola həsrət qaldı. “Bavariya”dan yalnız 2 xal geridə olan “Borussiya” bu mövsüm keçirdiyi 6-cı rəsmi oyunda da məğlub olmadı (4 qələbə, 2 heç-heçə).
4-cü tur
Hoffenhaym – Bavariya 1:4
Soufal, 82 – Keyn, 44; 48-p.; 77-p. Qnabri, 90+9. (30150)
Bavariya: Noyer, Boe (Bişof, 86), Ta, Kim Min Ce (Upamekano, 69), Laymer, Pavloviç, Qoretska (Kimmix, 62), Karl (Olise, 62), Dias, Cekson (Qnabri, 62), Keyn.
Bayer-04 – Borussiya M 1:1
Tillman, 70 – Tabakoviç, 90+2. (30210)
Bayer-04: Flekken, Vaskes (Poku, 63), Bade (Tape, 63), Kuansa, Tapsoba, Qrimaldo, Tillman, Qarsiya, Maza (Hofmann, 84), Ben Segir (Eçeverri, 76), Şik (Kofane, 76).
Borussiya D – Volfsburq 1:0
Adeyemi, 20. (81365)
Borussiya: Kobel, Ryuyerson, Şlotterbek, Anton, Bensebayni, Svensson, F.Nmeça (Bellingem, 77), Zabitser (Salih Özcan, 90), Adeyemi (Brandt, 77), Bayer (Çukvuemeka, 65), Girassi.
Ayntraxt F Union 3:4
Braun, 45+2. Can Uzun, 80. Burkardt, 87-p. Ansa, 9. Berk, 32; 53; 56. (59500)
Ayntraxt: Kaya Santos, Kollins (Amenda, 90), Kox, Teate, Braun, Çaibi (Knauff, 61), Larsson (Höylunn, 61), Doan, Can Uzun, Bahoya (Burkardt, 61), Vahi (Batşuayi, 69).
Leyptsiq – Köln 3:1
Uedraoqo, 13. Romulo, 44. Raum, 45+3 – Tilmann, 23. (47117)
Leyptsiq: Qulaçi, Baku, Orban, Lukeba, Raum, Şlager (Banzuzi, 32), Zayvald, Baumqartner (Kampl, 90), Bakayoko (Harder, 66), Nusa (Dsiomande, 66), Romulo (Uedraoqo, 90).
Ştutqart – Volfsburq 2:0
Demiroviç, 43. Əl-Xannus, 50. (60000)
Ştutqart: Nübel, Assinyon, Yeltş, Şabo, Mittelştadt (Hendriks, 85), Andres (Karazor, 90+2), Ştiller, Tomas (Fürix, 73), Əl-Xannus, Levelinq (Narti, 90+2), Demiroviç (Buanani, 85).
Verder – Frayburq 0:3
Qrifo, 33-p. Adamu, 54. Kulibali, 75-p. (41000)
Auqsburq – Maynts-05 1:4
Essende, 83 – Zib, 14; 69. Kor, 26. Nebel, 60. (29162)
Hamburq – Haydenhaym 2:1
Vuşkoviç, 42. Filipp, 59 – Kolle, 90+3. (57000)
1. Bavariya 4 4 0 0 18-3 12
2. Borussiya D 4 3 1 0 9-3 10
3. Leyptsiq 4 3 0 1 6-7 9
4. Köln 4 2 1 1 9-7 7
5. Sankt Pauli 4 2 1 1 7-6 7
6. Ayntraxt F 4 2 0 2 11-9 6
7. Frayburq 4 2 0 2 8-8 6
8. Ştutqart 4 2 0 2 5-5 6
9. Hoffenhaym 4 2 0 2 8-10 6
10. Union 4 2 0 2 8-11 6
11. Bayer-04 4 1 2 1 8-7 5
12. Volfsburq 4 1 2 1 7-6 5
13. Maynts-05 4 1 1 2 5-4 4
14. Verder 4 1 1 2 8-10 4
15. Hamburq 4 1 1 2 2-8 4
16. Auqsburq 4 1 0 3 7-10 3
17. Borussiya M 4 0 2 2 1-6 2
18. Haydenhyaym 4 0 0 4 2-9 0
Bombardirlər: Keyn (Bavariya) – 8, Girassi (Borussiya D), Can Uzun (Ayntraxt F), Ansa (Union) – 4.
Növbəti turun oyunları sentyabrın 26-28-i aralığında keçiriləcək: Bavariya – Verder, Maynts-05 – Borussiya D, Haydenhaym – Auqsburq, Borussiya M – Ayntraxt F, Sankt Pauli – Bayer-04, Volfsburq – Leyptsiq, Köln – Ştutqart, Frayburq – Hoffеnhaym, Union – Hamburq.
Turun rəqəmi
5 - Noa Atubolu penaltilər zamanı xarüqələr yaratmaqda davam edir. “Frayburq”un 23 yaşlı qapıçısı bu tur Bremendə 59-cu dəqiqədə penaltini dəf etdi və sona qədər də qapısını toxunulmaz saxladı. O, bundesliqa tarixində ardıcıl 5 penati dəf edən ilk qapıçı oldu! Atubolu ardıcıl 4 penalti dəf edən Bernd Leno (2013-2014), Frank Rost (2007), Hans-Yorq Butt (2000) və Tomas Zander (1980) kimi qapıçıları qabaqlamaqla yeni rekordçuya çevrildi. Maraqlıdı ki, Atubolu indiyə qədər bundesliqada qapısına təyin olunan penaltilərin yarısından çoxunu (8-dən 5-ni) dəf etməyi bacarıb. Nigeriyaəsilli qapıçı Almaniya yığmasına dəvət almaq arzusundadı və bunu bacarsa, bundestim tarixinin ilk qaradərili qapıçısı olacaq.
Turun ulduzu
Oliver Berk (Union) – Keyn o qədər het-trik edib ki, artıq onun bu cür performansı sıradan bir uğur təsiri bağışlayır. Ancaq şotlandiyalı Berk üçün bundesliqada het-trik etmək nəinki qeyri-adi, hətta fenomenal uğurdu. Bu üzdən üstünlüyü ona veririk. 28 yaşına qədər 12 klub dəyişən və buna qədər oynadığı klublarda bir mövsümə maksimum 7 qol vuran hücumameyilli yarımmüdafiəçi bu dəfə 25 dəqiqə aralığında 3 dəfə fərqləndi. Özü də səfərdə - ÇL iştirakçısı ilə oyunda. Təbii ki, bu, Berkin peşəkar karyerasının ilk het-trikidi!
Turun sitatı
Kasper Hülmann, “Bayer-04”ün baş məşqçisi:

“Bu nəticə bizi qane edə bilməz. Cəmi bir top fərqi ilə öndəsənsə, deməli, daha yaxşı müdafiə olunmalısan. Çətin keçən oyunlarda qalib gəlməklə bərabərə qalmaq arasında əsas fərq məhz bundadı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri