Icma.az
close
up
RU
Rektor Anar Eminov Clarivate nin vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb

Rektor Anar Eminov Clarivate nin vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə Doğru” rubrikasının fəxri qonağı olub.

“Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın moderatorluğu ilə təşkil olunan və “Journal Citation Reports”™ (JCR) Platformasının 2026-cı il Buraxılışının İcmalı və Yenilikləri” mövzusuna həsr olunan onlayn vebinarda ölkənin və xaricinin müxtəlif universitet və institutlarından yüzlərlə tədqiqatçı, professor-müəllim heyəti və gənc alimlər iştirak edib.

Vebinarın keçirilməsində əsas məqsəd Azərbaycanın elm, təhsil və tədqiqat mühitində mühüm rol oynayan ali təhsil rəhbərləri ilə akademik heyəti bir araya gətirmək, tədqiqatda keyfiyyət, beynəlxalq elmi bazalar və müasir akademik göstəricilər barədə faydalı təcrübə mübadiləsi aparmaqdan ibarət olub.

Tədbirdə çıxış edən MDU rektoru Anar Eminov müasir dövrdə ali təhsil müəssisələrinin beynəlxalq elmi mühitə inteqrasiyasında “Clarivate” və “Web of Science” kimi qlobal platformaların rolunu xüsusi vurğulayıb. Rektor bildirib ki, elmi nəşrlərin düzgün qiymətləndirilməsi, tədqiqat keyfiyyətinin yüksəldilməsi və impakt faktor göstəricilərinin təhlili universitetlərin strateji inkişaf hədəflərinin mühüm tərkib hissəsidir.

“Müasir universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür. Keyfiyyətli elm olduqda indekslənmə onun təbii nəticəsinə çevrilir”, – deyə Anar Eminov qeyd edib.
Region universitetlərində elmi potensialın gücləndirilməsinə toxunan rektor bildirib ki, beynəlxalq elmi platformaların təqdim etdiyi analitik imkanlar akademik fəaliyyətin daha şəffaf, ölçüləbilən və nəticəyönümlü idarə olunmasına şərait yaradır. O, bu cür vebinarların tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası, yüksək indeksli nəşrlərə çıxışı və universitetlərin beynəlxalq akademik nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Anar Eminov qeyd edib ki, MDU-da son illərdə beynəlxalq elmi görünürlüğün artırılması və əməkdaşların nüfuzlu indeks bazalarında təmsil olunan jurnallarda nəşr fəaliyyətinin stimullaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə yüksək kvartilli jurnallarda dərc olunan elmi məqalələrə görə mükafatlandırma mexanizmi təkmilləşdirilib. Hazırda Q1 kvartilli jurnallarda dərc edilmiş və indekslənmiş məqalələrə görə birdəfəlik mükafatın məbləği 3000 manat təşkil edir.

Rektor, həmçinin universitetdə elmi fəaliyyətin davamlı qiymətləndirilməsi məqsədilə ASİS – Akademik Stimullaşdırma və İndeksləmə Sistemi adlı rəqəmsal platformanın yaradıldığını bildirib. Platforma vasitəsilə əməkdaşların elmi fəaliyyət göstəriciləri, indekslənən məqalələrin sayı, nəşrin kvartili və digər akademik nəticələr sistemli şəkildə qiymətləndirilir. Cari ilin sonundan etibarən ASİS platforması əsasında formalaşacaq reytinq nəticələrinə uyğun olaraq yüksək göstəricilər əldə edən əməkdaşlara aylıq əməkhaqqına 30 faizədək əlavə tətbiq olunması nəzərdə tutulur.

Çıxışda Mingəçevir Dövlət Universitetinin Web of Science bazasında elmi görünürlüğünün mərhələli şəkildə artdığı da diqqətə çatdırılıb. Bildirilib ki, MDU üzrə ümumi WoS məqalələrinin sayı 41-dir. 2024-cü ildə universitet üzrə 5, 2025-ci ildə 9, 2026-cı ildə isə hazırkı mərhələyə qədər 7 məqalə qeydə alınıb. Bu göstəricilər universitetdə elmi nəşr mədəniyyətinin inkişaf etdirilməsi, beynəlxalq indeksli jurnallara çıxış imkanlarının genişləndirilməsi və tədqiqatçıların qlobal akademik mühitə inteqrasiyası istiqamətində aparılan işlərin nəticəsi kimi qiymətləndirilib.

Daha sonra vebinarda “Journal Citation Reports”™ platformasının 2026-cı il buraxılışındakı ən son yeniliklər, elmi jurnalların reytinq göstəriciləri və tədqiqatçıların beynəlxalq bazalardan effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, tədqiqata və akademik inkişafa dəstək məqsədilə keçirilən bu beynəlxalq statuslu vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri