Icma.az
close
up
RU
Rektor diplom vermədiyi məzunlardan yayınır

Rektor diplom vermədiyi məzunlardan yayınır

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunlarının diplomları verilmir.

Bu barədə UNEC məzunları Gununsesi.info  -ya müraciətində bildirib.

Onların sözlərinə görə, 2 ildir ki, diplom verilmir:

“Biz 2023-2024-cü il məzunlarıyıq. Hər dəfə bizə söz verilir, amma heç bir nəticə çıxmır, hər zaman “bugün, sabah veriləcək” deyilir. Bu vəziyyət bizi çox çətin duruma salıb.”

Məzunlar bildirib ki, dəfələrlə Ədalət Muradova müraciət etsələr də, lakin rektor onları qəbul etmir və görüş üçün prorektorlara yönləndirir:

“Bəzi məzunlar hərbi xidmətdədirlər, əgər diplom verilməsə 1il 6 ay xidmət edəcəklər. Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı ictimaiyyətə heç bir açıqlama vermir. UNEC-in mətbuat katibi isə hər dəfə soruşanda bildirir ki, ‘yaxın günlərdə veriləcək’. O da UNEC-in adına ləkə gəlməməsi üçün belə deyir. Elm və Təhsil Nazirliyi isə bu məsələyə cavab vermir. İndi biz hər iki müəssisənin arasında qalmışıq. Biz yalnız Elm və Təhsil Nazirliyinin verdiyi cavaba inanırıq.”

Məzunlar onu da vurğulayır ki, UNEC, Azərbaycanın ali təhsil müəssisəsi olmasına baxmayaraq, universitetdə təhsil almış rusiyalı vətəndaşların diplomu verilib.

UNEC-dən Gununsesi.info  -nun sorğusuna cavab olaraq bildirilib ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub göndərilib: “Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır. Rusiya vətəndaşı olan məzunlara diplomlar verilib. Digər məzunların diplom blankları isə nazirliyin müvafiq araşdırmalarından sonra mərhələli şəkildə təqdim olunacaq.”

Həmçinin, qeyd edilib ki, universitet tərəfindən məzun əmrləri həmin tələbələrə məzun olduqları ildə verilib. Diplom blankları ETN tərəfindən təqdim olunur və təqdim olunan gündə məzunlara veriləcək.

Elm və Təhsil Nazirliyindən isə Gununsesi.info -ya cavab olaraq məsələnin araşdırıldığı deyilib.

Qeyd edək ki, Qurban Qurbanov 1998-2014-cü illər arasında Dərbənd rayonuna rəhbərlik edib. 2014-cü ildə isə Dağıstanın o zamankı rəhbəri Ramazan Abdulatipovun təzyiqləri nəticəsində istefaya göndərilib.

Rəsmi səbəb kimi qanunsuz torpaq paylanması göstərilsə də, 2018-ci ildə məhkəmə bu ittihamları əsassız sayıb. Hal-hazırda Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru vəzifəsini icra edir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri