Icma.az
close
up
RU
“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da DTX olacaq”

“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da DTX olacaq”

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada rüşvət və korrupsiyanın mövcud olmadığı ölkə çətin tapılar. Lakin bəzi sahələr var ki, burada rüşvət və korrupsiyanın tüğyan etməsi millətin gələcəyini ciddi təhlükə altına qoyur. Bunlardan ən birincisi məhz təhsil sahəsidir.
Çünki bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilini bərbad vəziyyətə salmaqdan keçir. Təəssüflər olsun ki, Azərbaycanın təhsil sektorunda mövcud olan problemlər gənclərimizin gələcəyinə ağır zərbə vurur. Ölkənin ən aparıcı təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində baş verənlər isə millət olaraq bizə utancdan başqa bir şey qazandırmır. Belə ki, universitetin rektoru Elçin Babyevin təhsil müəssisəsini böyük rüşvət yuvasına çevirməsi haqqında iddialar var. Tələbələrin bilərəkdən imtahandan kəsilməsi, sonradan rüşvət tələb olunması, bir sözlə onların incidilməsi və psixologiyasına ağır zərbə vurulması məhz BDU rəhbərliyinin idarəçilik prinsipinin əsasını təşkil edir. Bütün bunları təkcə Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi və bu səbəbdən işdən kənarlaşdırılması faktı təsdiqləyir. Millət vəkili Etibar Əliyevin “univeristet islahatları ilk növbədə BDU-dan başlamalıdır” fikirləri isə bu universitetin rektorunun yerində olmadığına dəlalət edir. Qısacası rektor Elçin Babayev öz “əməlləri” ilə sələfi Abel Məhərrəmovun atasına rəhmət oxutdurur.
Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: “Çox ağıllı və müdrikcəsinə aparılan ideoloji siyasətdir. Ona görə də, bu universitetin rektoru haqqında Korrupsiyaya Qarşı Mübaarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır. Təhsil müəssisəsində tələbədən pul tələb etmək Azərbaycan gəncliyinin tərbiyəsinin pozulmasına səbəb olan amildir. Eyni zamanda təhsil sisteminə ən böyük xəyanətdir”.

Hafiz Hacıyev əlavə edib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: “Dövləti və dövlətçiliyi sevdiyimizə, eləcə də gələcək nəslin tərbiyyəli-savadlı olmasına görə deyirik ki, Bakı Dövlət Universiteti kimi bir təhsil ocağı bu adamın (Rektor Elçin Babayev – red) yeri deyil. Onun yaxın vaxtlarda yeri ya “Bandotdel”, ya da “DTX” olacaq”. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”.
Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar. Prezident dəfələrlə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparıldığını vurğulayır. Amma Mehdiyevin komandasının çox hissəsi hələ də müxtəlif vəzifələrdə oturublar. Bu insanlar da ölkədə qarışıqlıq salmaq, insanları incitmək, xalq-dövlət arasında uçurum yaratmaq üçün əllərindən gələni edirlər. Bunlardan biri də Ramiz Mehdiyevin vaxtilə BDU-ya rektor təyin etdirdiyi Elçin Babayevdir. Ona görə də, bunların hamısı tutduğu postlardan kənarlaşdırılmalıdır”.
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri