Icma.az
close
up
RU
Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? DOSYE KONKRET

Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? DOSYE KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

KONKRET.az xəbər verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.

Nailə xanımdan sonra fasilələrlə (2005-2007, 2011-ci ildən) kafedraya rəhbərlik edən Kamilə Dadaşzadə onun yeni dövrün yeni meyarları baxımından inkişafına böyük diqqət yetirmişdir.

Konservatoriyanı bitirdikdən sonra uzun müddət aşıqlar birliyində çalışan Kamilə xanım şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnmiş, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr etmişdir. Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaşzadənin təşəbbüsü ilə həyata keçirilmişdir. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür../milliaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri